Bu gecə ABŞ İran boyunca rabitə və havadan müdafiə sistemlərinə zərbələr endirib. Hücumlar ölkənin bütün ərazisini əhatə edib. Donald Tramp bildirib ki, hücumlar İranın danışıqlar prosesini ləngitməsinə cavabdır və Tehran ləngimədən sənədləri imzalamalıdır.
İran da cavab olaraq ABŞ-ın regiondakı bazalarına dron və raket hücumları həyata keçirib. İordaniyadakı amerikalılara sığınacaqlara çəkilmək tapşırılıb, Küveytdəki ABŞ bazası hücumun qarşısını aldığını açıqlayıb, Bəhreyndə də həyəcan siqnalları işə düşüb. İran Hörmüz boğazını bütün gəmilər üçün qapadacağını bildirib.
Qarşılıqlı hücumlar artıq ikinci gündür ki, davam edir.(Bizim Yol)
