İdmanİqtisadiyyatQalmaqal

Adnan Əhmədzadənin dostu klubu maliyyələşdirməkdən boyun qaçırdı

Preymer Liqaya vəsiqə qazana bilməyən «Mingəçevir» dağılmaq təhlükəsi ilə üz-üzə qalıb.

Bu barədə redaksiyamıza düşərgədən məlumat verilib.

Bildirilib ki, ASTA klubu maliyyələşdirməkdən imtina edib. Hazırda həbsdə olan Adnan Əhmədzadəyə bağlı şəxs – Rafael Bünyatov əlini «işıqçılar»ın üzərindən çəkib.

O, yaxın adamları vasitəsilə komanda üzvlərini bu barədə xəbərdar edib.

2025-ci ilin əvvəlində «Mingəçevir»i himayəsinə götürmüş şirkətin başçısı maddi imkanlarının zəifləməsini əsas gətirib. Bünyatov klubdakı təsisçilik payını satmağa hazırdır – danışıqlar aparmaq istəyən varsa, buyursun!

«Mingəçevir» I Liqada ikinci yeri tutub. «nur şəhəri»nin təmsilçisi Premyer Liqaya vəsiqə uğrunda pley-off oyununda «Qəbələ»yə uduzaraq şansını qaçırıb.

Burada maliyyə problemləri ötən ilin sentyabrından – Əhmədzadənin həbsindən sonra başlayıb.

Sponsor şirkətin bu gün də kollektivə böyük miqdarda borcu var. Həmin məbləğ isə rahat-rahat 100 min manat aşır. (Sportinfo)

 

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

“Sabah”a KuPS-dan mesaj – Hələ hər şey bitməyib

admin

Elon Mask dediyi kimi 2036-cı ildə pul əhəmiyyətini itirəcək?

redaktor

Qurban Qurbanov: “SSKA çox bərk rəqib idi”

admin