23.1 C
Bakı
08 İyun 2026 12:40
İqtisadiyyat

“Bloomberg”: Rusiya may ayında neft satışlarından rekord gəlir əldə edib

Bu ilin əvvəlindən etibarən Rusiyanın xam neft tədarükünün orta həcmi sutkada 3,46 milyon barel təşkil edib.

“Bloomberg” agentliyi tanker daşımalarına dair məlumatlara istinadən yazır ki, bu, 2025-ci ilin göstəricisindən təxminən 120 min barel çoxdur və eyni zamanda 2022-2024-cü illər üzrə orta illik göstəriciləri də üstələyir.

Agentliyin qiymətləndirməsinə görə, ixrac həcmlərinin artması Ukraynanın Rusiya neft emalı zavodlarına endirdiyi zərbələrlə bağlıdır. Nəticədə Rusiya neft şirkətləri xam neftin emalında çətinliklərlə üzləşir və məhsulu daha fəal şəkildə xarici bazarlara yönəldirlər.

Hazırda dənizdə tankerlərdə daşınan Rusiya neftinin həcmi 124 milyon barelə çatıb. Tanker daşımalarının monitorinqi üzrə məlumatlara əsasən, bu neftin demək olar ki, hamısı hazırda təyinat məntəqələrinə doğru hərəkətdədir və dənizdə gözləmə rejimində qalmayıb.

Rusiya neftinin əsas alıcıları arasında Hindistan da yer alır. Ölkə may ayında Rusiyadan xam neft idxalını fevral ayı ilə müqayisədə 63 faiz artırıb. Bu artım ABŞ-nin Rusiya neftinin alınmasına tətbiq etdiyi məhdudiyyətlərin zəifləməsi fonunda baş verib.

Yaxın Şərqdə hərbi qarşıdurmanın dərinləşməsi və dünya bazarlarında neft qiymətlərinin yüksəlməsi Rusiyanın neft ixracından əldə etdiyi gəlirlərin kəskin artmasına səbəb olub.

“Bloomberg”-in hesablamalarına görə, 2026-cı ilin əvvəlində Moskva neft satışlarından həftəlik təxminən 1-1,2 milyard dollar gəlir əldə edirdisə, may ayına qədər bu göstərici 2-2,5 milyard dollara yüksəlib. Bu, Ukraynada genişmiqyaslı müharibənin başlanmasından bəri qeydə alınan ən yüksək göstəricidir.

May ayının sonunda “Reuters” agentliyi yazmışdı ki, Ukrayna pilotsuz uçuş aparatlarının hücumlarından sonra Rusiyanın mərkəzi bölgələrində yerləşən demək olar ki, bütün iri neft emalı zavodları istehsalı ya dayandırmağa, ya da azaltmağa məcbur olub. (ToplumTV)

 

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

İqtisadçıdan Tarif Şurasına SƏRT SÖZLƏR: “Təzyiq altında qərar qəbul edirlər və…”

redaktor

Azərbaycan, ABŞ və Ermənistan Rusiya və İranı geridə qoyacaq

redaktor

İqtisadiyyat xalqındırsa, işləyər…

redaktor