22.1 C
Bakı
07 İyun 2026 12:51
DünyaSiyasət

Cek Kin: Vaşinqtonun İran rejiminə “xilas kəndiri” atmaq niyyəti yoxdur

ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin keçmiş müavini və hərbi analitik Cek Kin şənbə günü “Fox News”a verdiyi müsahibədə Tehranın razılaşma şərti kimi dondurulmuş 24 milyard dollar vəsaitinin azad edilməsinə dair tələbini qəti şəkildə rədd edib. O bildirib ki, Vaşinqtonun İran rejiminə “xilas kəndiri” atmaq niyyəti yoxdur.

Donald Tramp administrasiyasının səkkiz həftə davam edən danışıqlardan sonra strateji səbrinin tükəndiyini vurğulayan Kin deyib: “Tehran rəsmiləri qarşılarında kimin olduğunu düşünürlər?
Biz axmağıqmı ki, dondurulmuş aktivləri azad edək və onların yenidən toparlanması üçün milyardlarla dollar vəsait verək?”

General Cek Kin Vaşinqtonun maksimalist hədəflərindən geri çəkilməyəcəyini bildirərək əlavə edib: “Masadakı tənlik çox sadədir İran ya iqtisadi təzyiq və hərbi vasitələrlə əldə etməyə çalışdığımız bütün şərtləri qəbul etməlidir, ya da biz yenidən hərbi seçimə qayıdacağıq və maliyyə təzyiqlərini daha da gücləndirərək bu ölkəni tam iqtisadi çöküş yoluna sürükləyəcəyik.”

 

Sadiq İsabəyli

Tacxeber.com

Oxşar xəbərlər

BMT baş katibi dünya ölkələrini Pakistana köməyə çağırıb

redaktor

Zaman ABŞ və İsrail üçün işləyir

redaktor

Kremldən Putinin yalniz iki lideri təbrik etməsinə reaksiya

admin