DünyaSiyasət

Si Cinpin və Donald Tramp görüşünün nəticələri

Tayvan, İran və Boeing sövdələşmələri. Si Cinpin və Donald Trampın Pekin sammitində müzakirə etdikləri məsələlər.

Rəqs edən uşaqlar, atəşfəşanlıq, qırmızı xalçalar və qadağan olunmuş şəhər turu: Si Cinpin Donald Trampı dəbdəbəli qəbul etsə də, lakin bağlı qapılar arxasında sərt siyasi danışıqlar aparılıb. BILD ilin sammitinin dörd əsas məsələsini araşdırıb.

1. Tramp Çinə Tayvana hücum etmək üçün siqnal verdimi?

Pekin ABŞ tərəfindən dəstəklənən demokratik Tayvanı, Çinin bir hissəsi hesab edir. Si ABŞ-Çin münasibətlərində Tayvan məsələsini “mərkəzi” məsələ adlandırıb və Vaşinqtonun məsələni “səhv” “həll etməsi” halında potensial münaqişə barədə xəbərdarlıq edib. Görüşdən sonra Tramp gözlənilmədən Tayvan üçün 14 milyard dollarlıq hərbi yardım paketini “yenidən nəzərdən keçirəcəyini” elan edib.

“Hətta qətiyyətsizliyin görünüşü belə Pekində zəiflik kimi qəbul edilə bilər.” Çinşünas Devid Saks BILD-ə bildirib ki, “Əgər Tramp Tayvana yardımı sövdələşmə əşyasına çevirərsə, bu, təhlükəli bir siqnal göndərər”.

Ekspertin fikrincə, regionda müharibə riski arta bilər.

2. Çin ABŞ-a İran məsələsində kömək edəcəkmi?

Tramp Çinin Hörmüz boğazından keçən neft marşrutu ilə bağlı problemin həllinə kömək etməyə hazır olduğuna işarə edib:

“O deyib ki, ‘Əgər hər hansı bir şəkildə kömək edə bilsəm, məmnuniyyətlə kömək edərəm'”, – deyə ABŞ prezidenti bildirib.

Tramp həmçinin Çinin maraqlarına da toxunub: Çin neftinin təxminən 40%-i Fars körfəzi bölgəsindən gəlir. Lakin analitiklər Pekinin Tehrana təzyiq göstərəcəyinə şübhə ilə yanaşırlar:

Təhlükəsizlik üzrə ekspert Conatan Şroden BILD-ə bildirib ki, “Çinin Hörmüz boğazında effektiv fəaliyyət göstərmək üçün dəniz qüvvələri imkanları yoxdur. Lakin Pekin Tehrandakı təsirindən istifadə edərək İranı mina təmizləməsində əməkdaşlığa təşviq edə və ticarət gəmilərinin keçməsinə icazə verə bilər”.

3. Boeing həqiqətən Çinə 200 təyyarə satacaqmı?

Tramp Pekinə tarixin ən nüfuzlu iqtisadi nümayəndə heyəti ilə gəldi: ona Elon Mask, Tim Kuk, Nvidia şirkətinin baş direktoru Jensen Huang və digərləri kimi yüksək vəzifəli şəxslər qoşulub. Nümayəndə heyətinin şirkətləri ümumilikdə təxminən 15 trilyon dollar bazar dəyərini təmsil edirlər.

Danışıqlardan sonra Tramp Çinin 200 Boeing təyyarəsi almağa razı olduğunu açıqlayıb. İnvestorlar hətta 500 təyyarə sifarişi gözləyirdilər və bu da Boeing səhmlərinin 4 faiz düşməsinə səbəb olub. Lakin Pekindən bu razılaşma ilə bağlı hələlik heç bir təsdiq alınmayıb.

Tramp həmçinin Çinin Amerika texnologiya şirkətlərinə “yüz milyardlarla dollar” investisiya qoyacağını və ABŞ kənd təsərrüfatı məhsullarını alacağını bildirib. Pekin bu sövdələşmə barədə də şərh verməkdən imtina edib.

4. Sonda bu görüşdən kim daha güclü çıxdı?

Ekspert Devid Saksa görə, hər iki tərəf məqsədlərinə çatıb, lakin Si kiçik bir üstünlüyünü qoruyub saxlayıb:

“Tramp gözəl görüntülər, təmtəraqlı mərasim və iqtisadi xəbər başlıqları əldə etdi. Lakin strateji baxımdan Si daha güclü görünürdü, çünki əsas məqsədinə – Çini ABŞ-a bərabər bir ölkə kimi təqdim etməyə nail oldu.”

Tramp özü hətta iki ölkənin münasibətlərini- “G2” – iki supergücün ayrı bir liqası adlandırdı. Bu formul, ehtimal ki, xüsusilə Pekinə xoş gəldi. (BILD)

 

Hazırladı: Sədrəddin Əhmədov

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Dünyanın sonu: Amerikalılar dəhşət içindədir – Ət yeyən “şeytan qurdları” torpaqdan çıxdılar

redaktor

Zelenskinin Davos çıxışı tarix dərsliklərinə düşəcək!

redaktor

Ukraynanın istədiyi oldu: 5 min rus hərbçisi geri çəkildi…

redaktor