DünyaMuharibə

Gücü yalnız Kiyevə çatan rəzil…

Bəzi, üzdəniraq ata, ailə başçıları olur, bayırda kimsəyə gücü çatmır, ya gedir alverdə pul itirir, ya qumarda uduzur, gəlir hirs, hikkəsini, heyfini ailəsi-uşağnı vurub, döyüb şikəst etməklə çıxır.

Belə rəzil, zəif və namərd kişiciklərdən birisi də, ömrünü qorxusundan, yeraltı bunkerdə keçirən Putin cənablarıdır. Əlinin altında Sibir türklərin neftini satıb sovurma hesabına yığdığı pullarla xeyli raket, dron yığıb. Harada nə uğursuzluğu olunca, tez düyməni basır, ki Ukraynanı, Kiyevi vurun. Zərbə vura biləcık hər yerdən əli üzülüb.

Bu gün səhər, Pekində dünyanın iki super gücü, ABŞ və Çinin prezidentləri görüşür. Özü də çox böyük diplomatik, siyasi və biznes iqtisadi yön nümayəndə heyətləri ilə. Aydındır ki, bu yüksək və geniş tərkibli görüş, əvvəldən razılaşdırılmış mühüm strateji müqavilələrlə keçməli. Bununla Çinin Rusiyaya “otval” verməsi, iki böyük gücün yaxınlığı, Putini məyuslu qəzəblə Kiyev üzərinə yeridib və ABŞ-Çin görüşünü belə “təbrik” edib!

Nə isə. Ötən, 13-14 may gecəsi Kiyev üçün ən çətin gecələrdən biri olub. Ukrayna Hərbi Hava Qüvvələri 731 hədəfi – 56 raket (!) və 675 dron aşkar etdi. Rusiya bütün arsenalını istifadə ilə: Kinzhal aeroballistik raketləri, “İskander-M” və S-400 ballistik raketləri, X-101 qanadlı raketləri, həm də Şahed, Gerbera və Italmas kimi hücum dronları, Banderol gəzən sursatları və Parodiya dronli simulyatorlarını Kiyevin üzərinə yeritmiş

Ukrayna hava hücumundan müdafiə qüvvələri 693 hava hədəfini – 29 qanadlı raket, 12 ballistik raket və 652 dronu zərərsizləşdirdi. Lakin, xeyli silahlar hələ də şəhərlərə çatıb, itki dağıntılarla.

Paytaxt Kiyevi əsas hədəf götürüb, cənab Putin. 20 yerə, əsasən yaşayış məntəqələrinə zərbələr endirilib. Vurulan obyektlər arası çoxmərtəbəli binalar, məktəb və baytarlıq klinikası da vardır. 40 nəfər həlak olub və yaralanıb, onlardan ikisi uşaq olub, 2 uşaqla 31 nəfər xəstəxanalıq olub.

Kiyev vilayəti və başqa bölgələrdə də o cür, çox ağır zərbələr, kütləvi dağıntılar, və insan itkiləri. Budur, cənab Putin Bunkerski-nin əmrlə törədib dvijuxa-ekstazını boşaltmaqla antiinsani əməli.

İlqar Altay

Tacxeber.com

Oxşar xəbərlər

“Terrorçuların üçü öldürüldü, Süheyla Sayeh isə ….” Yadigar Sadıqlı

admin

“Milad bayramıdır səcdəgahımız!”: Mariya Zaxarova Milad bayramı mahnısı üçün şeir yazıb…

redaktor

Bu gün Moskvada partlayışlar ola bilər – 3 ölkədən xəbərdarlıq

admin