DünyaGündəmHadisə

Brijit xanım ərini niyə döyüb? – Sirlər su üzünə çıxır

Binəva Emmanuelllə Gülşiftənin siftəsi kor olub

Fransa mediası ölkə prezidenti Emmanuel Makronun Vyetnamda təyyarədən düşərkən hər kəsin gözü qarşısında öz sevimli həyat yoldaşından şillə yeməsinin sirrini araşdırmağa başlayıb.

“Paris Match” jurnalisti Florian Tardifin iddiasına görə, binəva Emmanuel Makronun bir il əvvəl həyat yoldaşı tərəfindən aşağılanması gözlənilməz və təsadüfi deyilmiş. Sən demə, bu şorgöz kişi İran aktrisası Golshifteh (bizim dillə desək, Gülşiftə) Farahaniyə aşiq olubmuş. Və Brijit xanım təyyarədə onları yazışarkən “suç üstündə” yaxalayıb. Beləcə, ərinin ağzının payını verməyə başlayıb. Təyyarənin qapısı anidən açıldığından Emmanuel Makron rəzil-rusvay olub.

Lakin Florian Tardifin əmindir ki, Emmanuellə Gülşiftə arasında ciddi bir əlaqə yoxdur. Onlar sadəcə “platonik” eşqlə bir-birilərini sevirlər. Jurnalist bu barədə qələmə aldığı kitabında yazır: “Parisdə bu barədə davamlı şayiələr gəzirdi, lakin onlar şayiədən başqa bir şey deyildi. Makron 42 yaşlı aktrisaya sadəcə məzmunu çox uzağa gedən mesajlar göndirmişdi, o qədər”.

Bir sözlə, Emmanuel Gülşiftə ilə siftə etməmiş Brijit xanım qaratikan kolu kimi araya girib iki ürəyi birdən yıxıb. Buna bizim məhəllədə “siftəni kor etdi” də deyirdilər.

Heydər Oğuz

Tacxeber.com

Oxşar xəbərlər

Əvvəlcə şübhələnmədim, sonra düşünməyə başladım – Paşinyan müharibə haqda

redaktor

Quranda müjdələnən Türk qələbəsi – Sasanilər də Xamenei kimi mənasız inadkarlığın qurbanı oldu

redaktor

“Bomj” bir neçə gün başqasının pasportu ilə oliqarx kimi yaşayıb – FOTO

redaktor