Ukrayna və Rusiyadakı son hadisələr fonunda Aİ-nin xarici işlər üzrə ali nümayəndəsi Kaya Kallas “müharibə dinamikasının” dəyişdiyini bəyan edib.
Kallas Brüsseldə Aİ xarici işlər nazirlərinin görüşündən sonra bildirib ki, Ukrayna “bir il əvvəlkindən daha yaxşı vəziyyətdədir”, Rusiya prezidenti Vladimir Putin isə əksinə “indiyə qədər olduğundan daha zəif vəziyyətdədir”.
Kallas jurnalistlərə bildirib ki, döyüş meydanında “rekord sayda” itkilər, Ukraynanın Rusiyaya qarşı genişmiqyaslı hücumları və “Moskvada getdikcə seyrələn hərbi parad” “müharibə dinamikasının dəyişdiyini” göstərir. Aİ nümayəndəsi əlavə edib ki, “Biz həmçinin Putinin bu açıqlamalarının (müharibənin mümkün sonu ilə bağlı) nə demək olduğunu təhlil etdik, çünki bunlar onun əvvəllər dedikləri ilə fərqlənir”.
