“Atəşkəs hazırda inanılmaz dərəcədə zəifdir. Hətta deyərdim ki, əvvəlkindən daha zəifdir. O süni nəfəs aparatına qoşulub.”
“İnsanlar məndən soruşurlar ki, mənim planım varmı?’ Əlbəttə, mənim planım var. Məndə dünyanın ən yaxşı planı var!”
Trampın sözləri mənə Jül Vernin “80 günə dünya səyahəti” macəra romanına çəkilmiş eyniadlı məşhur cizgi filmini xatırlatdı. Əsərin antiqəhrəmanı Mister Fiksin çətinə düşəndə özünə tez-tez verdiyi sualı var idi: “Sizin planınız varmı, Mister Fiks?” və özü də ona cavab verirdi: “Əlbəttə, mənim planım var. Mənim tam 3 əla planım var!” Həmişə də bütün “əla” planları başına bəla olurdu.
