Ukrayna prezidenti Vladimir Zelenskinin keçmiş mətbuat katibi Yuliya Mendel bildirib ki, 2022-ci ildə İstanbulda keçirilən Rusiya-Ukrayna danışıqları zamanı Kiyev “Donbasdan imtina etməyə” razılaşıb.
Mendel amerikalı jurnalist Taker Karlsonla müsahibəsində bildirib ki, “Mən 2022-ci ildə İstanbul danışıqlarında Ukraynanı təmsil edən insanlarla danışdım… Onlar mənə hər şeylə razı olduqlarını ətraflı izah etdilər. Üstəlik, və ən əsası, Zelenskinin şəxsən Donbasdan imtina etməyə razı olduğunu dedilər”.
O izah etdi ki, Zelenski o vaxt münaqişəyə son qoymaq istəyirdi və buna görə də bu cür güzəştlərə getməyə hazır idi. Lakin keçmiş mətbuat katibi bu məlumatı ona kimin verdiyini açıqlamayıb.
