Azərbaycanın böyük sənətkarı, milli kino tarixində xüsusi yeri olan Rasim Balayevin dəfni bir daha acı reallığı üzə çıxardı: bu ölkədə sənətkara münasibət hələ də formal, seçici və çox vaxt səmimiyyətdən uzaqdır.
Mərasimdə müxtəlif dövlət rəsmiləri iştirak etdiyi halda, mədəniyyətə birbaşa cavabdeh olan şəxs – Adil Kərimli ortada yox idi. Bu, nə protokol xətasıdır, nə də təsadüfi hal. Bu, açıq şəkildə məsuliyyətsizlik və vəzifəyə münasibətin göstəricisidir.
Əgər bir mədəniyyət naziri ölkənin ən tanınmış sənətkarlarından birinin son mənzilə yola salınmasında iştirak etmirsə, bu artıq şəxsi seçim yox, ictimai mesajdır. Və bu mesaj çox aydındır: sənətkarların dəyəri prioritet deyil.
Daha narahatedici məqam isə budur ki, bu yanaşma yeni deyil.
Bu, bizə yaxşı tanış olan bir xəttin davamıdır 5-ci kolon – Əbülfəs Qarayev dövründən qalan laqeydliyin davamı.
. O dövrdə də sənət adamları tez-tez unudulur, qiymət isə yalnız formal səviyyədə verilirdi. Bu gün isə eyni mənzərəni yenidən görürük.
Deməli, problem şəxslərdə deyil, niyyətdədir.
Sənətkar yalnız səhnədə və ekranda lazım olduğu qədər xatırlanır. Bu, sadəcə etinasızlıq deyil, bu, mədəniyyətə münasibətin ifşasıdır.
Rasim Balayev kimi sənətkarlar bir xalqın yaddaşıdır. Onların qarşısında borc yalnız alqışlarla yox, davranışla ödənilir. O davranış isə bu dəfə göstərilmədi.
Bir nazirin yoxluğu bəzən susqun bir etirafdır.
Bu dəfə isə o etiraf çox ağır səsləndi.
