Sayəsində şan-şöhrətin zirvəsinə yüksəldiyin, varidat toplayıb, topdağıtmaz iqtisadi imperatorluq qurduğun etnosun nümayəndəsini elə-belə, könlün istədi deyə boşaya bilməzsən! Boşamaq istəsən, hər şeyindən olarsan, ya da ki, sən onu yox, o səni boşayar.
Araz Ağalarovun bundan sonrakı sosial və varlıq durumuna görə anlayacağıq ki, kimi kimi boşayıb.
P.S. Tələbə vaxtı paralel qrupda (bizim ixtisasın rus sektoru) bir yəhudi qız vardı, sevirdi məni. Bir gün rəhmətlik mamama bu haqda dedim, cavabı çox sərt oldu: “Kopolunun gədəsi, dilini sox dinməzinə! Sümüyümüzü aparıb cühudun sümüyünə calama!” Bununla da söhbət bağlandı.
Bəzən düşünürəm: o vaxt mamamı eşitməsəydim, indi nəinki kira dərdi çəkməzdim, adım ya Forbesin siyahısında olar, ya da siyasi olimpin ən zirvəsinə yüksələrdim. Bilik və bacarığım zatən var, şansı da mənə qayınlarım verəcəkdi – önümdəki əngəlləri bir-bir yox edəcəkdilər. Nəəm vallah, belə şeyləri görəndə mən “tale yazısı”na inanıram.
