25 C
Bakı
20 Avqust 2026 06:35
DünyaSiyasət

Zelenski ABŞ ilə bağlanmış müqaviləni rədd etdi.

Ukrayna Prezidenti Vladimir Zelenski “Le Monde” qəzetinə verdiyi müsahibədə bildirib ki, Ukrayna öz təhlükəsizlik zəmanətlərini ABŞ-ın Donbasdan qoşunların çıxarılması üçün qoyduğu şərtlərlə dəyişdirməyəcək.

O, Fransa nəşrinə verdiyi müsahibədə qeyd edib ki, Ukraynanın qorunması üçün zəruri olan istehkamlar və müdafiə xətləri Donbass bölgəsində yerləşir.

“Bizim istehkamlarımız təhlükəsizlik zəmanətlərimizin bir hissəsidir. Öz əllərimizlə və ordumuzla tikilmiş bu təhlükəsizlik zəmanətlərini digər təhlükəsizlik zəmanətləri ilə dəyişdirməməliyik. Bu, ədalətsiz olardı”, – deyə Zelenski bildirib.

 

Tacxeber.com

Oxşar xəbərlər

İlham Əliyev həqiqətən Putindən qorxur?

redaktor

Donald Trampın uda bilmədiyi CNN-i Azərbaycan uda bilərmi?

redaktor

Azərbaycanda doğum azalır, ölüm artır

redaktor