24.4 C
Bakı
22 İyun 2026 18:00
DünyaSiyasət

Xruşşovun nəvəsi Rusiyada “xarici agent” elan edildi

Rusiya Ədliyyə Nazirliyi SSRİ-nin sabiq lideri Nikita Xruşşovun nəvəsi, beynəlxalq münasibətlər üzrə professor Nina Lvovna Xruşşovanı “xarici agent” kimi tanıyıb.

Nazirlik daha 5 nəfərin “xarici agentlər” reyestrinə daxil edildiyini açıqlayıb. Siyahıya daxil edilən şəxslərdən biri də Nina Xruşşovadır.

Nazirliyin rəsmi açıqlamasında bildirilir ki, Xruşşova xarici agent kontentinin hazırlanmasında iştirak edib və “xarici mənbə tərəfindən təqdim edilən informasiya platformasında cavabdeh şəxs kimi çıxış edib”.

Qeyd edək ki, Rusiyada “xarici agent” statusu əsasən xaricdən maliyyə və ya dəstək aldığı iddia edilən şəxslərə və təşkilatlara verilir.(Bakupost.az)

 

Tacxeber.com

Oxşar xəbərlər

Tramp anlamır ki, Putin dayanmayacaq – Zelenski

redaktor

Belçika kəşfiyyatı casusluq şübhəsi ilə Avropanın ən böyük “Alibaba” mərkəzini

admin

Zelenskinin həyat yoldaşı Baydenin çıxışına getməkdən imtina etdi

redaktor