10 C
Bakı
11 Mart 2026 13:30
DünyaSiyasət

“Bizim kartlarımız var, indi hamı bunu başa düşür” – Zelenski Trampa eyham vurdu

ABŞ-nin Yaxın Şərq münaqişəsində Ukraynadan kömək istəməsi Kiyevin “əlində kartlar olduğunu” göstərir.

Tacxeber.comxəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski tanınmış irlandiyalı bloqer Keylin Robertsona verdiyi müsahibədə deyib.

Müsahibə zamanı Robertson Zelenskidən vəziyyətlə bağlı nə düşündüyünü, nə hiss keçirdiyini soruşub. Belə ki, Tramp əvvəllər Ukraynanın heç bir kartının olmadığını bildirmişdi. İndi isə Britaniya təyyarədaşıyan gəmisindən istifadə təklifini belə rədd edən ABŞ kömək üçün Fransa və ya Almaniyaya deyil, Ukraynaya müraciət edir. Zelenski cavab olaraq bunun “xoş hiss” olduğunu deyib: “Bu, əsgərlərimizin, gözəl insanların və müharibənin əvvəlindən bəri genişləndirdiyimiz çoxsaylı istehsal müəssisələrinin sayəsindədir. İndi yüksək səviyyədəyik”.

O əlavə edib ki, bu, hər kəsə Ukraynanın “kartlarının olduğunu” göstərir: “Biz yaxşı oyunçu kimiyik. Yaxşı kartlarınız ola bilər, amma hər kəsə onları göstərməmək vacibdir. Düşünürəm ki, bir il əvvəl də bizdə kartlar var idi, amma biz onları göstərmirdik. İndi hər kəs onların mövcud olduğunu başa düşür”.

Zelenski daha əvvəl İranın “Şahed” sinifli hücum dronlarına qarşı mübarizə aparmaq və onları vurmaq üçün təlim keçmiş Ukrayna komandalarının Qətərə, Birləşmiş Ərəb Əmirliklərinə və Səudiyyə Ərəbistanına yola düşdüyünü açıqlamışdı.

Bu arada, “Axios” xəbər verir ki, təxminən yeddi ay əvvəl Ukrayna rəsmiləri ABŞ-yə İran PUA-larını vurmaq üçün döyüşdə sınaqdan keçirilmiş texnologiyalar təklif ediblər və hətta bu texnologiyanın Yaxın Şərq müharibəsində Amerika qoşunlarını və müttəfiqlərini necə qoruya biləcəyini nümayiş etdirən təqdimat da hazırlayıblar. Lakin Tramp administrasiyası həmin vaxt Ukraynanın təklifini rədd edib. İndi isə özü kömək xahişi ilə Kiyevin ayağına gedir.(AzPolitika.info)

 

Tacxeber.com

Oxşar xəbərlər

Səssizləşdirilən cəmiyyətin səsi

redaktor

Fransada zavodda partlayış: 200-ə yaxın insan təxliyə olundu

redaktor

Atillaya həbsdə işgəncə verilir – Səbəb inanılmazdır

redaktor