13 C
Bakı
27 Aprel 2026 08:19
DünyaSiyasət

“İran ABŞ-dən zəmanət tələb edir” – Danışıqalr barədə ziddiyyətli məlumatlar

İran danışıqlara başlamaq üçün ABŞ-dən zəmanət tələb edir.

Tacxeber.comxəbər verir ki, bu barədə Livanın “Əl Mayadeen” televiziya kanalı İrandakı mənbələrə istinadla məlumat yayıb.

“İran atəşkəslə bağlı bütün vasitəçilik təşəbbüslərini rədd edir, çünki şərtləri var və real zəmanətlər istəyir”, – deyə kanalın İslam Respublikasındakı müxbiri bildirib.

Tehran Vaşinqtondan gələcəkdə təcavüz olmayacağına dair zəmanət, kompensasiya və İranın nüvə enerjisi obyektlərində tam nüvə yanacağı siklini tətbiq etməsinə dair razılıq tələb edir.

Qeyd edək ki, dünən İranın Xarici İşlər naziri Abbas Əraqçi “PBS News”-a verdiyi müsahibədə ölkəsinin ABŞ ilə danışıqlar aparması ehtimalını rədd edib. O, ABŞ ilə “çox acı təcrübə” səbəbindən diplomatik əlaqələrin gündəmdə olmadığını bildirib.

Martın 6-da Tramp ABŞ-nin İranla əldə etmək istədiyi yeganə razılaşmanın kapitulyasiya müqaviləsi olduğunu demişdi.

Ancaq bundan öncə “Axios” nəşri yazıb ki, İsrail kəşfiyyatı ABŞ və İran arasında gizli danışıqlar getməsindən şübhələnir.

 

Tacxeber.com

Oxşar xəbərlər

Ukrayna HİMARS-ın uğurlarından niyə danışmır ?

admin

Türkiyədən RƏSMİ AÇIQLAMA – Azərbaycana gələn Netanyahuya İCAZƏ VERİLMƏYƏCƏK Kİ…

redaktor

Dünya ölkələrinin borcu açıqlandı – Ən çox borcu olan 3 ölkə

admin