Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyunlarına start veriləcək.
Azərbaycan çempionu “Qarabağ” İngiltərədə “Nyukasl”ın qonağı olacaq.
Bakıda keçirilən ilk görüşdə ingilislər 6:1 hesablı qələbə qazanıblar.
Oyunu italiyalı Davide Massa idarə edəcək.
“Nyukasl” – “Qarabağ” oyunu Mərkəzi Avropa vaxtı ilə fevralın 24-ü, saat 21:00-da, Bakı vaxtı ilə fevralın 25-i, saat 00:00-da start götürəcək.
UEFA Çempionlar Liqası
Pley-off, cavab görüşü
25 fevral
00:00. “Nyukasl” (İngiltərə) – “Qarabağ” (Azərbaycan)
Hakimlər: Davide Massa, Filippo Meli, Stefano Alassio, Luka Paireto (İtaliya)
VAR: Daniele Kiffi (Almaniya)
AVAR: Kristian Dingert (Almaniya)
Nyukasl, “St. Ceyms Park”
İlk oyun – 6:1 (Qol.az)
