DünyaSiyasət

Epşteynin Rusiya FSB-KGB-silə əməkdaşlığı…

(yeni faktlar)

Açıqlanan sənədlərdən aydın olur ki, FSB (yəni Rusiya KGB-si) pedofil-dələduz Epşteyni yaman sevirmiş. Hətta, iblisə FSB veteranlar şurasının dəvəti ilə ona Rusiya vizası da verilib. Guya, bu şura vasitəsilə üstüörtülü işləyiblər. Elə biliblər Epşteyn geckü ilahi qüvvəyə malikdir nə vaxtsa ifşa olunumaz, bu məxfi məsələlər üzə çıxmaz.

2011-ci ildə Ceffri Epsteinə Rusiya vizası üçün “Vımpel” Beynəlxalq İctimai Təşkilatı viza verib. O vaxtlar bu ad altında əslində FSB veteranlar təşkilatı fəaliyyət göstərirdi. (faktlar şəkillərdə).

Bu ciddi açılımın arxasında nələr var?

“Vımpel” FSB-nin antiterror əməliyyatları aparan xüsusi İdarəsi, xüsusi bölməsinin adıdır. Xüsusi bölmə veteran birlikləri səhifəsindəki, “Vımpel” “qeyri-hökumət” təşkilatının lideri FSB veteranı, KQB polkovniki, Sergey Şestovdur. Əfqanıstan əməliyyatlarında iştiraka görə o vaxt KQB sədri Andropovdan təltiflər alıb

Epşteynə “Vımpel”-dən dəvət məktubunu almaq üçünsə, FSB polkovniki Sergey Belyakov kömək edib. Belyakov FSB zabiti olmasını ağartmadan Rusiyada bir sıra dövlət vəzifələrində çalışmış: İqtisadi İnkişaf Nazirliyində və Sankt-Peterburq İqtisadi Forumunun idarə heyətinə sədrlik edib. 2016-dan bəri, ABŞ Prezidenti Donald Trampın administrasiyası ilə danışıqlarda Putin tərəfdən yönəldilən Rusiya İnvestisiya Fondunda (RDIF) çalışıb. Hazırda kibertəhlükəsizlik üzrə ixtisaslı Cyberus Fondunda hökumət tərəfdən məsuldur.

2011-cü il. Belyakov və Epşteynin arası əlaqə, münasibətlər başlayır. Keçmiş FSB zabiti olan Belyakov Epşteynə həssas bir xahişdə kömək edir: dostu Leon Bleklei şantaj edən rus qadını Guzel Qəniyeva ilə məşğul olmaq (susdurmaq). Quzellə intim, uşaq və şikayət problemləri olub.

Belyakov Epşteynə təkcə vizalarla deyil, Rusiya rəsmiləri ilə görüşlərin təşkilində çox köməklik edib. Epşteyn Rusiya iqtisadiyyatı ilə bağlı bəzi fikirlərini Belyakovla səmimi bölüşüb. Məsələn, onü, Bitcoin-ə alternativ “BRICS (Pusiya ətrafı ölkələrin birliyi, hansı ki, ABŞ-a, Qətbə rəqibdir) sikkəsi”nin buraxılmasını təklif edir (görə ha!). Və Rusiya Mərkəzi Bankının faiz dərəcələrini qaldırmamalı olduğunu tövsiyyələri ilə yazıb! Epşteyn Rusiya iqtisadiyyatı dərdini çəkirmiş!

2015-ci il. Epşteyn Belyakovu maliyyəçi və ABŞ kəşfiyyat icması kibertəhlükəsizlik podratçısı “Palantir”-in təsisçisi, milyarder Peter Thiel ilə tanış edir.

2016-cı il. Belyakov Epteynə başqa bir görüş üçün-Epşteynin yaxını, tanınmış İT sahibkarı Vinçenzo İozzo ilə vacib görüş təşkil etməsini xahiş edib. (Təbii ki, FSB-nin tapşırıqları ilə).

2014-cü ilə qədər Belyakov Rusiyanın İqtisadi inkişaf nszirinin müavini işləyir. 2016-cı ildə Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu idarə heyətinin sədri təyin edilir. Və dərhal da Epşteynə ekosistemi layihəsində investisiya təklif edir. (Təbii ki, FSB xüsusi planları üzrə).

2018-ci il. Nəhayət Epşteynin keçmiş Rusiya kəşfiyyat zabiti ilə münasibətləri, görünür ki, ABŞ-ın hüquq-mühafizə orqanlarının diqqətini cəlb edir. Çünki, arxivdə FTB (FBİ) qərargahın, İT mütəxəssisinin Belyakov və Epşteynə həsr olunmuş arxivi göndərdiyi məktub var. Yəni, artıq Epşteyn Rusiyaya cəsusluq şübhəsinə düşür. Buradansa, ABŞ kəşfiyyatı nəzarətinə.

P. S.
Bu, hələ Epşteynin Rusiya FSB-si ilə birbaşa əlaqələri haqda yalnız bir hissədir. Bu xüsusi xidmət orqanı və Rusiya xarici kəşfiyyatı ilə əlaqələri, ABŞ dövlətinə xəyanətləri barədə faktlar da açıla bilər, ya da ABŞ öz kəşfiyyat, antikəşfiyyat mənafeyi üçün gizli saxlayar…

İlqar Altay.

Şəkillərdə: 1. Ceffri Epşteynin Rusiya vizası üçün müraciəti. 2. Ceffri Epşteynin Rusiya iş vizası. 3. FSB polkovniki, Sergey Belyakov.

Tacxeber.com

Oxşar xəbərlər

Qəribəlikləri ilə zəngin Norveç

admin

Putin Azərbaycan və Ermənistan liderlərini üçtərəfli sammitə dəvət etdi

redaktor

Zaxarova Ukrayna Təhlükəsizlik Xidmətini İTTİHAM ETDİ: “Guya Azərbaycan vətəndaşlarına qarşı…”

redaktor