DünyaGündəmSiyasət

Rəhbər xəstə olanda , cəmiyyət xəstə olur.

Şir öz ovunun üstünə bir dəfə sıcrayır. Tutsa tutur, tutmasa başını buraxır.
Tülkü toyuqun arxasına düşən kimi ,Putin Rusiyası 4 ili kecib ki, Ukraynanın arxasınca düşüb, əl cəkmir.

Bu savaş Rusiya və Ukrayna ücün miqyası bəlli olmayan fəlakətlər gətirib.
Amma ,Rusiya vətəndaşı ücün ,sülhdən danışmaq cinayət sayılır.

Təsəvvür edin ki, Rusiya cinayət məcəlləsində cinsi təcəvüzə görə 5 ilə kimi cəza nəzərdə tutulduğu halda ,sosial şəbəkələrdə “müharibəyə yox” yazan şəxsi 7 ilə kimi həbs gözləyir.
Rusiyanın məşhur ,komik aktyoru Aleksandr Nezlobin bu məsələyə daha yumoristik və optimal yanaşaraq yazıb ki , belə cıxır ki , ” mövcud qanunvericiliyi nəzərə alaraq “müharibəyə hə” deyən bir nəfəri tapıb zorlamaq daha məqsədəuyğun olardı , 2 il qabağa düşürsən. ”
Rusiya tərəfi yumoru ciddi qəbul edərək , Nezlobin haqqında zormağa cağrış maddəsiylə cinayyət işi başladıb .

Böyük Rusiya, hardan hara düşdün.
Bilmirsən ağlayasan ,yoxsa güləsən .
Rəhbər xəstə olanda , cəmiyyət xəstə olur.

 

Şahin Nəcəfov

Tacxeber.com

Oxşar xəbərlər

“Saç əkdirib, plastik əməliyyat etdirmişəm, özümdən ləzzət alıram“

redaktor

ABŞ Venesuela sərvətlərini öz tabeliyinə keçirə bilməyəcək.

redaktor

“Bu, Rusiyanın tarixində çox təhlükəli dövr olacaq, mən istəyirəm ki, qansız olsun…”

redaktor