Əvvəlki yazı
Bilənlər bilir ki, həmin illərdə bu məbləği, hətta ondan da artığını 1 ilə yox, 1 aya mənimsəmək Müslümov kimilər üçün “su içmək” qədər asan olub. Deməli, real talançılığın miqyası da 27 milyondan 10 dəfələrlə, bəlkə də daha artıq çox olub!
Ancaq onun təməlini qoyduğu pensiya hesablanması sistemi bu əhalinin başına elə bir oyun açıb, cəmiyyətdə elə bir əcaib pensiya bölgüsü, nəticədə də ədalətsizlik, təbəqələşmə yaradıb ki, buna görə nəinki şərti cəza, əmlak müsadirəsi və s. az qala ömürlük həbs cəzası da yüngül cəza sayılmalıdır.
Müslümovla bağlı məhkəmə qərarında deyilir ki, o, şərti cəza müddətində ölkədən çıxa bilməz. Buna nə dərəcədə əməl edildiyini deyə bilmərik, çünki Azərbaycanın hüquq-mühafizə, məhkəmə, məhkəmə qərarlarının icrası sistemində hər şey mümkündür. Amma əslində əhalinin ahıl, imkansız kəsimini qəpik-quruşa məhkum edən, möhtac qoyan bunun kimilər nəinki ölkədən çıxmağa, heç ümumiyyətlə, insan arasına çıxmağa layiq deyillər…(AzPolitika.info)