22.7 C
Bakı
09 İyun 2026 11:40
DünyaSiyasət

ABŞ demokratiyasının gücü və böyüklüyü

“Qremmi” mükafatlarının təqdimetmə mərasimində aparıcı Trevor Noy Trampı açıq-aşkar ələ salır və deyir ki, Epşteyn adası artıq olmadığına görə, Klintonla görüşlər üçün Trampa indi Qrenlandiya lazımdır. Zal gülüşə boğulur. Tramp isə cavab olaraq hədə-qorxu dolu tvitlər yazır, məhkəmə ilə hədələyir, Epşteynin adasında heç vaxt olmadığını bildirirdi.

Ökənin ən böyük musiqi mərasimində aparıcının Prezidenti açıq şəkildə məsxərəyə qoya bildiyi, həmin prezidentin isə sosial şəbəkələrdə özünü müdafiə etməyə məcbur qaldığı bir ölkədə hakimiyyət müqəddəsləşdirilə bilməz, cəmiyyət isə qorxa bilməz.

Epşteyn dosyelərində gördüklərimiz həqiqətən də dəhşətlidir. Bu, elitaların, institutların və nəzarət mexanizmlərinin sistemli iflasıdır. Amma Amerika demokratiyasının gücü onda deyil ki, belə şeylər baş vermir, onun gücü ondadır ki, bunlar ifşa oluna, araşdırıla və ictimai müzakirəyə çıxarıla bilir.

Bu ölkə yaşayacaq. O, Trampı da, Klintonu da və istənilən digər müvəqqəti fiqurları da geridə qoyacaq, çünki onun dayanıqlığı siyasətçilərdə deyil, cəmiyyətin tabuları dağıtmaq, hər şeyi öz adı ilə çağırmaq və ağrılı, amma zəruri səhvlər üzərində işləmək bacarığındadır.

 

Kamran Cəfərov

Tacxeber.com

Oxşar xəbərlər

Öldüyü deyilən Xameneinin müşaviri əsa ilə görüntüləndi – FOTO

redaktor

Ukrayna ən təhlükəli dövrə yaxınlaşır: Sağ qalacaq?

redaktor

Putin 10 gündən çoxdur kamera qarşısına çıxmır: Aqlaonema, Qolikovanın manikürü

redaktor