DünyaGündəmSiyasət

Trampın məktubu: Nobel, Qrenlandiya və siyasi paradoks

ABŞ prezidenti Donald Tramp Norveçin Baş naziri Yonas Störeyə gözlənilməz və təəccüb yaradan bir, dövlətlərarası məktub göndərib.

“Hörmətli Yonas: Ölkənizin mənə səkkiz və ya daha çox müharibəni dayandırdığım üçün Nobel Sülh Mükafatını verməmək qərarına gəldiyini nəzərə alsaq, artıq yalnız sülh haqqında düşünməyə borclu deyiləm – baxmayaraq ki, həmişə dominant qalacaq – amma indi Amerika üçün nəyin yaxşı və nəyin qazanıldığı barədə düşünə bilərəm.

Danimarka bu torpağı Rusiyadan və ya Çindən müdafiə edə bilmir və niyə onun “mülkiyyəti” var? Yazılı sənədlər yoxdur – yalnız yüz illər əvvəl hansısa qayığın ora düşdüyü, lakin bizim qayıqlarımızın da ora düşdüyü bildirilir. Mən NATO-nun yarandığı gündən bəri hər kəsdən daha çox iş görmüşəm və indi NATO ABŞ üçün bir şey etməlidir. Qrenlandiya üzərində tam və mütləq nəzarətimiz olmasa, dünya təhlükəsiz olmayacaq. Təşəkkür edirəm! Prezident D.T.”

Qəribə və bir qədər də məntiqsiz mətndir…

Əvvəla, bu Nobel Sülh Mükafatı imkanlı olmuş sənayeçi şəxs, Alfred Nobelin şəxsi vəsaiti və vəsiyyəti ilə təsis edilib. Bu əsasda da qurulan Norveç Nobel Komitəsi (Norveçcə: Den norske Nobelkomité) laureatlarını seçir. Və bu Komitə özəl bir qurumdur həm də, özəl mükafatı verir. Norveç hökumətinə heç bir aidiyyət, tabeçiliyi, hesabatlılığı yoxdur. Komitə üzvləri də əsasən təqaüdçü alimlər, ictimaiyyətçilər, siyasətçilər, tanınmışlardır. Və Tramp bilmirmi ki, Norveçin hökuməti Nobel Mükafatı vermir, baş nazir nə etsin?

Və məktubda da birdən, keçir Danimarkaya və ona məxsus Qrenlandiya barədə narazılığını bildirərək, bu adanı da mübahisələndirməklə. Qrenlandiya isə alınası qiymətli əşya deyil, öz yerli əhalisi olan, müxtar statuslu Danimarka ərazisidir. Və Norveçin deyil, Norveç nə etsin?

Donald Tramp hakimiyyətə gələndən, dürüst desək, dünyadakı terror edən, yayan, ya onu dəstəkləyən dövlətləri sıxışdırma yöndə az iş görməyib. Bu iş indiyədək heç bir prezidentin bacarmadığıdır. Ancaq, təəssüflər ki, Trampın ABŞ kimi böyük, dünyada öndəgedən dövlətin prezidentinə uyğunsuz ğələn “eqosu” və həm gözlənilməzlik dolu qeyri-sabit, tez-tez dəyişib təəccüblər yaradan xüsusiyyətlərini əks-etdirən bəzi, bu səpkili hərəkətləri və manevrləri olur. Ümid edək ki, keçici olar, ondakı bu cür əhval!

 

İlqar Altay

Tacxeber.com

Oxşar xəbərlər

Coli azərbaycanlı siyasi məhbusa zəng etdi

redaktor

Kir Starmer: “Bizim tanıdığımız dünya artıq mövcud deyil…”

redaktor

Silah tədarükü Avropanın büdcəsini boşaldıb – Qeyts

redaktor