19 C
Bakı
01 Oktyabr 2026 11:23
İdman

Mourinyo “Real” haqda: “Məni “sabun operası”na çəkməyin!”

Tacxeber.com xəbər verir ki, portuqal mütəxəssis bu cür şayiələri seriallarla müqayisə edib.

“Məni “sabun operası”na sürükləməyi dayandırın. Bir neçə yaxşı serial var, amma onlar uzun müddət davam edir. Bir-iki epizodu qaçırırsınız, sonra isə daha süjeti izləyə bilməzsiniz. Məni saymayın, seriallarda baş rolda çəkilməyəcəyəm”, – Mourinyo “Sport TV”yə deyib.

Portuqaliyalı çalışdırıcı 2010-2013-cü illərdə “Real Madrid”in baş məşqçisi vəzifəsində çalışıb. Onun rəhbərliyi altında “kral klubu” İspaniya çempionluğu, İspaniya kuboku və İspaniya Superkubokunun qalibi olub. Sentyabr ayından Mourinyo “Benfika”ya rəhbərlik edir.(Publika.az)

 

Tacxeber.com

Oxşar xəbərlər

Ronaldo yığmanın düşərgəsini tərk edib?

admin

Türkiyə İtaliyaya, Belçika Fransaya uduzdu

admin

Simoenedən Mourinyoya: “Sərhədi keçməməlisən”

admin