DünyaGündəmSiyasət

Məhəmməd Xatəmi niyə türk elan olunub?

Yadınızdadırsa, İranın İslam İnqilabı Keşikçiləri Korpusunun General-mayoru, 1998-ci ildən etibarən ölkə xaricində keçirilən gizli hərbi əməliyyatlar icra edən xüsusi hərbi birləşmə olan Qüds qüvvələrinin komandiri Qasım Süleymani 2020-ci ilin 3 yanvar tarixində ABŞ Silahlı Qüvvələri tərəfindən Bağdad Beynəlxalq Hava Limanı yaxınlığında raket zərbəsi ilə öldürüldü.

Azərbaycanda İrana bağlı dairələr hərəkətə keçdi. Qasım Süleymanini türk elan etdilər. Və sübut etməyə çalışdılar ki, o, Qarabağ məsələsində Azərbaycanın yanında olub. Halbuki tam əksinə, Qasım Süleymani Qarabağdakı erməni separatizminin güclənməsi üçün İranın dini rəhbərliyinin göstərişi ilə min oyundan çıxmışdı. Buna baxmayaraq İrana sadiq qüvvələr fars şovinizminin əsas siamlarından birini Azərbaycanda şəhid kimi təbliğ edirdilər…

İndi də həmin İrana bağlı dairələr “İranın sabiq prezidenti, islahatçıların liderlərindən biri esl turk oglu Məhəmməd Hətəmi”dən söhbət açırlar. Təbii ki, bu, həyasız bir yalandır.

Məhəmməd Xatəmi 1943-cü ildə sırf farsların yaşadığı Yəzd bölgəsində ruhani ailəsində doğulub. Həm ata, həm ana tərəfdən fars etnik-mədəni mühitinə bağlıdır. Həyatında bir dəfə də türkcə bir söz dilinə gətirməyib.

Xatəmi dövründə (1997–2005) İranın fars mərkəzli dövlət modeli dəyişməyib. Ana dilində təhsil (o cümlədən türk dili) konstitusion səviyyədə tanınmayıb, Güney Azərbaycan və digər qeyri-fars bölgələr struktur baxımından diqqətdən kənarda qalıb. Bəli, Xatəmi islahatçı idi, amma sistem baxımından fars-mərkəzli çərçivənin daxilində islahatlar keçirməyə çalışırdı…

Bəs nədən Məhəmməd Xatəmi birdən birə türk elan olundu? Çünki İranın Ali dini lideri Əli Xameneinin ali kürsünü məhz Məhəmməd Xatəmiyə ötürəcəyi ilə bağlı söz-söhbət yayılıb. İran türklərinin bu dəyişikliyə etirazının qarşısını alamaq üçün belə bir yalan uydurublar…

Xatəmi şəxsən “anti-türk” ideologiyasını səsləndirməsə də, onun prezident olduğu dövrdə İran dövlət siyasəti Güney Azərbaycan türkcəsi və mədəniyyətinə qarşı sistematik məhdudlaşdırıcı və assimilyasiyaedici addımlar atmışdır. O da məlumdur ki, Xatəminin iştirakı ilə rəsmi və qeyri-rəsmi məclislərdə “Tork-e xol” (sadəlövh türk), “Tork-e bi-savad” (savadsız türk) ifadələri ilə müşahidə olunan çıxışlara onun tərəfindən hər hansı bir etiraz olmayıb. Yəni Xatəmi dövründə Tehrandakı rəsmi mədəni mühitdə türkləri lətifə obyekti kimi təqdim edən stereotiplər mövcud idi. Prezidentin bu hallara açıq etiraz etməməsi Güney Azərbaycanda islahatçılığın etnik məsələdə səmimi olmadığı qənaətini haqlı olaraq gücləndirmişdir. Və belə birisini indi bizə türk adı ilə sırımağa çalışırlar…

 

Elbəyi Həsənli

Tacxeber.com

Oxşar xəbərlər

Tanınmış həkimdən qadınlara: Etməyin, çox iyrənc görünürsünüz! – Foto

redaktor

Sabiq icra başçısının klinikasında qəssabxana açıldı – AQTA bağladı

redaktor

ABŞ, Rusiya və Çin bir-birinə inanmır və bu səbəbdən də nüvə arsenallarını artırırlar” – ELXAN ŞAHİNOĞLU

admin