Haaqa Kriminal Məhkəməsi Malayziya Hava Yollarına məxsus MH17 reysini vurmaqda üç nəfəri günahkar bilib. Dünyanı titrədən hadisə 14 iyul 2014-cü il, Rusiya tərəfindən işğaldakı Donetsk səmasında Rusiya raketi ilə törədilib.
Xatırladım ki, Malayziya Hava Yollarınln MH17 reysi olan Boeing 777-200ER təyyarəsi o vaxt Amsterdamdan Kuala Lumpura planlaşdırılan MH17 reysi ilə uçarkən, 2 saat 49 dəq. sonra Rusiyanın Buk yer-hava raket sistemilə atılan 9M38 raketi ilə vurulub parçalanıb, yerə dəyib. Təyyarədə olan 298 nəfərin hamısı həlak olub.
Məhkəmə istintaqı ilə günahkar tanınanlar:
Özünü elan etmiş Donetsk Xalq Respublikası (DXR) keçmiş “müdafiə naziri” və təqaüddəki məşhur FSB polkovniki İqor Girkin (Strelkov).
Rusiya Ordusunun Baş Kəşfiyyat İdarəsinin (QRU) keçmiş yüksək vəzifəli zabiti Sergey Dubinski.
Leonid Xarçenko, keçmiş Ukrayna vətəndaşı, “DXR”-dəki kəşfiyyat bölməsinin komandiri.
Məhkəmə təyyarənin Kurskdakı Rusiya hərbi bazasından Ukrayna ərazisinə gətirilən və raketin atışından sonra Rusiyaya qaytarılan, Buk zenit-raket sistemi tərəfindən vurulduğu qənaətinə gəlib. Hər üç təqsirli şəxs ömürlük həbs cəzasına məhkum edilib, qiyabi olaraq.
Budur, Rusiyanın, Kremlin Ukrayna işğalının, nəinki yüz minlərlə Ukrayna və Rusiya əhalisi, üstəlik Niderland (Hollandiya), Malayziya və digər ölkələrdən olan 300-ə yaxın sərnişinin həlakı baiskarlığı… Putin hikkəsinin nəticəsi. Təbii ki, zamanla bunun cəzasını çəkəcəklər.

