26 C
Bakı
28 Sentyabr 2026 13:14
Dünya

Arşakyan Zaxarovanı təhqir etdi: Nankor, alkoqolik…

Arşakyan Zaxarovanı təhqir etdi: Nankor, alkoqolik…

Rusiya XİN-in mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova da Ermənistanın sanksiya siyahısına düşdü.

Tacxeber.az xəbər verir ki, bu fikirlərlə tanınmış erməni siyasi şərhçi Tevos Arşakyan çıxış edib.

“Artıq ikinci gündür ki, Köçəryan və Sərkisyanın rusiyalı təbliğatçıları tərəfindən nəzarət edilən KİV-lər rəsmi İrəvanın rusiyalı deputat Konstantin Zatulinin və RT-nin rəhbəri Marqarita Simonyanın Ermənistana girişini qadağan etmək qərarına görə sanki saçlarını yolurlar.

Rusiya rəsmiləri də İrəvanın “qara siyahısı”ndan kənarda qalmadılar. Beləliklə, gürcü ermənisi Kələntəryanın pulu ilə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü təyin edilən nankor və xroniki alkoqolik Maşka Zaxarova ölkəmizin mövcud hakimiyyətinə qarşı son dərəcə aqressiv açıqlamalar verib. O ki qaldı Zatulinə, əslində onu da deputat edən Soçidə yaşayan ermənilər olub.

Marqo Simonyanın isə ümumiyyətlə ermənilərlə bir bağlılığı yoxdur. Bu adam müsahibələrindən birində “erməni dilini bilməməyimlə fəxr edirəm” deyib. Budur ki, İrəvan düz edib bu adamları “qara siyahıya” salıb”, – deyə o qeyd edib.

Oxşar xəbərlər

İslam birliyi: Azərbaycandan tələb edilən, Azərbaycana göstərilməyən həmrəylik?

redaktor

Liman istiqamətində gözlənilməz zərbə: Ukrayna Rusiyanın planını pozdu

redaktor

Zelenski: Bir həftə ərzində 10 mindən çox rus əsgəri zərərsizləşdirilib

redaktor