DünyaHadisəİdman

Messinin heykəli növbəti dəfə dağıdıldı

Argentina millisinin hücumçusu Lionel Messinin Mar-del-Plata şəhərindəki heykəli vandallar tərəfindən zədələnib.

Bu barədə “Ahora Mar del Plata” nəşri məlumat yayıb.

Məlumata görə, El Nuevo Mundial kafesinin girişində yerləşən heykələ naməlum şəxslər hücum edərək onu iki yerə bölüblər. Heykəldə Messi Argentina millisinin formasında, əllərində dünya çempionluğunun kuboku ilə əks olunmuşdu. Skulptura 2022-ci ildə Qətərdə qazanılan dünya çempionluğuna həsr olunub.

Hazırda hadisənin detalları araşdırılır. Heykəlin bərpa olunub-olunmaması ilə bağlı qiymətləndirmə aparılacaq.

Xatırladaq ki, bu, Messinin həmin heykəlinə ikinci dəfə edilən vandal hücumdur. 2024-cü ildə skulpturaya başsız vəziyyətə salınmışdı. (Qol.az)

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Hacı Şahin Həsənli: “Heç bir yerdə villam, bağ evim, şirkətim yoxdur”

redaktor

Azərbaycanlı məşhurun sevgilisi qəfil vəfat edib – Səbəbi dəhşətə gətirəcək…

redaktor

Qərb diplomatları Pezeşkiana şübhə ilə yanaşır – Mənbə

redaktor