17 C
Bakı
08 Sentyabr 2026 12:26
CəmiyyətDünya

Azərbaycana gələn turistlərin coğrafiyasında dəyişən mənzərə

Azərbaycana gələn turistlərin coğrafi mənşə strukturunda dəyişikliklər qeydə alınmaqdadır. Belə ki, bu ilin ilk 10 ayında Avropa İttifaqından gələnlərin sayı 7,9 faiz artsa da, körfəz ölkələrindən gələnlərin sayı 3,5 faiz, MDB dövlətlərindən gələnlərin sayı isı 8,2 faiz azalıb. Bütövlükdə, həmin müddətdə Azərbaycana gələn turistlərin sayı 1.7 faiz azalaraq 2 milyon 171 min nəfər olub.

Gələnlərin 24,4 faizi Rusiya, 17,4 faizi Türkiyə, 8,0 faizi İran, 6,6 faizi Hindistan, 4,3 faizi Səudiyyə Ərəbistanı, 4,2 faizi Gürcüstan, 4,0 faizi Qazaxıstan, 3,4 faizi Pakistan, 2,6 faizi Çin, 2,4 faizi İsrail, 2,3 faizi Özbəkistan, 1,6 faizi Birləşmiş Ərəb Əmirlikləri, 1,4 faizi Ukrayna, 1,2 faizi Türkmənistan, hər birindən 1,1 faiz olmaqla Belarus, Böyük Britaniya və Küveyt, 12,9 faizi digər ölkələrin vətəndaşları olmuşdur.

Ərəb turistlərinin sayının azalması alternativ turistik bazarlara marağın yüksəlməsi, Azərbaycanda turizm qiymətlərinin hələ də yüksək olması ilə əlaqələndirilir. Avropadan gələnlərin sayının artması isə köhnə qitənin getmə turizmə istəyin yüksəlməsi, işgüzar səfərlərin sayının çoxalması və bütövlükdə bölgəyə xüsusi marağın artması ilə bağlıdır. Eyni zamanda, son illər xaricilərin Azərbaycanda sağlamlıq turizminə də marağın artması müşahidə olunur.

Turizmin enerji sektorundan sonra ölkəyə ən çox valyuta gətirən sahədir. Bu baxımdan gələn turistlərin ölkə mənşəyinin yeniləşməsi, xüsusən də Avropa və Cənubi-Şərqi Asiyada yerləşən dövlətlər ilə bu sahədə əməkdaşlığın gücləndirilməsi vacibdir. Bu turizm gəlirlərində dayanıqlığı artıra bilər.

 

Vüqar  Bayramov

Tacxeber.com

Oxşar xəbərlər

ABŞ–Çin qarşıdurmasının görünməyən cəbhəsi: enerji

redaktor

Ukraynanın qələbəsi onun 2 il təslim olmamasından keçir

redaktor

Elm və Təhsil Nazirliyində 300 min manatlıq qaranlıq müqavilə – Təhsildəki qruplaşma ilə bağlı növbəti araşdırma…

redaktor