Sağlamlıq

Sağlamlıq üçün günün ən təhlükəli SAATI

Bu vaxtda infarkt halları baş verir…

Səhərin erkən saatları həyat üçün ən təhlükəlidir.

Tacxeber.com xəbər verir ki, bunu “Rossiya-1” telekanalında həkim və teleaparıcı Aleksandr Myasnikov deyib. Myasnikovun sözlərinə görə, bu vaxtlarda infarkt halları çox baş verir.

“İstənilən həkim bilir: səhər tezdən infarkt klassik bir hadisədir”, – tanınmış həkim bildirib.

O qeyd edib ki, günün ən təhlükəli vaxtı səhər saat 3-5 arasıdır. Bu zaman ağciyər ödemi və digər sağlamlıq problemləri yaranır. Myasnikov əlavə edib ki, bu müşahidələr çoxillik klinik təcrübələrlə təsdiqlənib.

Daha əvvəl Aleksandr Myasnikov bildirmişdi ki, uzunömürlülük ilk növbədə genetik faktorlardan asılıdır. O qeyd edib ki, əgər bir insanın qohumu 100 yaşa qədər yaşayıbsa, o zaman onun şansı 17 dəfə artır.

 

Tacxeber.com

Oxşar xəbərlər

Xərçəngin müalicəsində ümidverici tapıntı – TƏDQİQAT

redaktor

Bu yuxu rejimi ömrü uzadır – Kardioloqlar AÇIQLADI

redaktor

Dünyada ilk: Yeniyetmə beyin xərçəngindən tam sağaldı

admin