12 C
Bakı
27 Mart 2026 04:03
DünyaGündəm

Türkiyənin silah istehsalında böyük irəliləyiş var – Zakir Həsənov

“Türkiyənin İstanbul şəhərində keçirilən “SAHA EXPO 2022″ müdafiə, aerokosmik və kosmik sənaye sərgisi yüksək səviyyədə təşkil edilib. Bizim Türkiyə Silahlı Qüvvələri ilə sıx əməkdaşlığımız var”.

Tacxeber.az xəbər verir ki, bunu Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyədə jurnalistlərin suallarını cavablandırarkən deyib.

Nazir bildirib ki, son illərdə Türkiyənin silah istehsalında çox böyük irəliləyiş var: “Prezidentin tapşırığına uyğun olaraq, Azərbaycan Ordusunun Türkiyə Silahlı Qüvvələrinin standartlarına uyğunlaşdırılması istiqamətində böyük işlər görürük”.

Qeyd edək ki, oktyabrın 25-də İstanbul şəhərində 876 şirkət və 24 universitetin iştirakı ilə “SAHA EXPO 2022” müdafiə, aerokosmik və kosmik sənaye sərgisi öz işinə başlayıb. Azərbaycanın qonaq qismində milli stendi ilə qatıldığı tədbirdə ölkəni müdafiə naziri general-polkovnik Zakir Həsənov və müdafiə sənayesi naziri Mədət Quliyevin rəhbərliyi altında nümayəndə heyəti təmsil edir.

Tacxeber.az

Oxşar xəbərlər

Rusiya Paşinyanı ifşa etdi: “Xəyanət yolunu tutub”

redaktor

Rusiya ciddi itkilər verir, 640 minlik ordu… – Sırski

admin

“Bütün dualarımız Qəzza sakinləri üçündür” – Kərim Benzema

admin