Cəmiyyət

Moped idarə etmək üçün sürücülük vəsiqəsi tələb olunacaq – Azərbaycanda

Azərbaycanda 3 ay sonra moped idarə etmək üçün sürücülük vəsiqəsi tələb olunacaq.

Bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Yol hərəkəti haqqında” qanunda dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.

Həmçinin, mopedlər dövlət qeydiyyatına alınaraq uçota götürüləcək.

Bundan əlavə, motosiklet və mopedin uzunu və ya eni üzrə qabaritlərindən 0,5 metrdən artıq kənara çıxan və ya motosikleti, mopedi idarə etməyə mane olan yük aparmaq qadağan ediləcək.

 

Oxşar xəbərlər

Deputat hələ də Ali Məclis sədrinin köməkçisi işləyir – Bir zəng və ortaya çıxan maraqlı dialoq…

redaktor

40 yaşlı qadınlardan danışan professora 64 yaşlı Nailə İslamzadədən CAVAB

redaktor

Britaniya səfiri: “Dərviş Parisi partladır”a baxdım, ümid edirəm… – FOTO

redaktor