Cəmiyyət

Moped idarə etmək üçün sürücülük vəsiqəsi tələb olunacaq – Azərbaycanda

Azərbaycanda 3 ay sonra moped idarə etmək üçün sürücülük vəsiqəsi tələb olunacaq.

Bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Yol hərəkəti haqqında” qanunda dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.

Həmçinin, mopedlər dövlət qeydiyyatına alınaraq uçota götürüləcək.

Bundan əlavə, motosiklet və mopedin uzunu və ya eni üzrə qabaritlərindən 0,5 metrdən artıq kənara çıxan və ya motosikleti, mopedi idarə etməyə mane olan yük aparmaq qadağan ediləcək.

 

Oxşar xəbərlər

Süni intellekt: qəza yoxsa qazanc nədən asılıdır?

redaktor

İdeoloji müstəqillik ən çətin yoldur

redaktor

Bakı Qızlar Universiteti rəsmən bağlandı

redaktor