-1 C
Bakı
22 Yanvar 2026 00:00
CəmiyyətSağlamlıq

“Yemək zamanı su içmək zərərli deyil, əksinə faydalıdır”- Həkim

Uzun illərdir insanlar arasında “yemək zamanı su içmək həzmi pozur” fikri dolaşır. Lakin müasir tibbi araşdırmalar bu iddianın doğru olmadığını göstərir.

Tacxeber.comxəbər verir ki, endokrinoloq və qidalanma mütəxəssisi Oksana Mixalyova yeməklə birlikdə su içməyin orqanizm üçün tamamilə təhlükəsiz, hətta faydalı olduğunu bildirib. Onun sözlərinə görə, su mədədə qidanın daha yaxşı qarışmasına və asan həzm olunmasına kömək edir. “Əksinə, nəmli qida mədədə daha tez qarışır və həzm şirələri ilə daha yaxşı işlənir,” – deyə həkim qeyd edib.

Mütəxəssis vurğulayıb ki, mədədə xüsusi hissəciklər – kimyəvi qəbul edən hüceyrələr mövcuddur və onlar həzm üçün lazım olan turşunun miqdarını özü tənzimləyir. Yəni su içmək bu prosesi pozmur, əksinə mədənin fəaliyyətini asanlaşdırır.

Mixalyovanın sözlərinə görə, yemək zamanı su içmək bədəni susuzluqdan qoruyur, qidanın miqdarını azaltmağa və artıq çəki riskini önləməyə də kömək edir. “Əsas odur ki, su təmiz və otaq temperaturunda olsun, qazlı və ya çox soyuq içkilər isə məsləhət deyil,” – deyə o bildirib.

Həkimlərin ümumi fikrinə görə, gün ərzində kifayət qədər su içmək, o cümlədən yemək zamanı bir neçə qurtum su qəbul etmək həm həzm sistemini, həm də ümumi sağlamlığı dəstəkləyir.

 

Tacxeber.com

Oxşar xəbərlər

“Budur məsələnin mahiyyəti və bizim gündəmdə olası mövzu. Kimin kimə necə baxması, nə deməsi yox” – Kamran Cəfərov

admin

Həbsdəki sabiq generalla dövlət qurumu arasında pensiya davası – Pulumu verin

redaktor

Görməni yaxşılaşdırır, qəbizliyi yox edir – Turp yarpağının unikal faydaları

admin