Mərhum sabiq Səhiyyə naziri Oqtay Şirəliyevin vəfatından sonra sosial şəbəkələrdə, mediada onun fəaliyyətinin tənqidi tərəfləri barədə xeyli yazılara, statuslara çıxışlara rast gəldim. Buna sözüm yox, məmurun və xüsusilə, Azərbaycan nazirinin tənqidli korrupsiya halları bir ilk deyil.
Ancaq, bu tənqidləri azacıq diqqətli müşahidə etdikdə, bir xüsusi cərəyan da görünür ki, ölkə səhiyyəsi mənfiliklərinin kökünün tamamilə O. Şirəliyevin üzərinə qoymaq məqsədini daşıyır. İctimai fikri yönəltməyə çalışırlar ki, sanki, hər şey O. Şirəliyev nazir gələndən sonra başlayıb. Guya, ondan əvvəl səhiyyədə hər şey gözəl idi. Açıqca əvvəlki nazirin mənfilərini ört-basdırdır.
Bu heç də yaşı iş deyil və məqsədli ictimai fikri dolamaq, insanlara öncəki dövrü yanıltmaqdır. Yazırlar: Şirəliyev “səhiyyənin anasını ağlatdı!” Yazmırlar ki, səhiyyənin anası, ondan da əvvəl, 2005-ci ilədək nazir Əli İnsanov dövrü çoxdan “ağladılmışdı”. Bu sistemdə rüşvət, korrupsiya, özbaşınalıqların görünməmiş hədd tüğyanı ilə. Və hətta görünməmiş kobud, qoçu metodlarla.
Əli İnsanovun səhiyyə ya siyasi fəaliyyətindəki ziyanlı tərəflərinə əsla dərindən varmaq fikrim yoxdur, bunu bilənlər çoxdur, həm bunlara görə mühakimə olunub və ona xeyli illər cəza verilib. Ancaq, cənab, doktor İnsanovun qeyri-səhiyyə, qeyri-siyasi məkanda, dövlətə və xalqa ziyanlı, böyük korrupsiya əməli barədə canlı, təkzibsiz faktı göstərə bilərəm, cəmiyyətin heç bilmədiyi.
P. S.
Bu fakt, 1998-ci ildə mənə canlı, əsaslı məlum idi, hələ ictimai siyasi həyatda olmadığım vaxt, olduğum vaxt isə, İnsanov 2005-də həbs edildi uzun müddətə və açıqlamağı yaxşı saymadım. Özü, DİN İstintaq İdarəsi, çox az Dairələr yaxşı bilir söhbət nədən gedir və niyə heç açıqlanmır.