21 C
Bakı
29 Sentyabr 2025 17:21
CəmiyyətDünyaGündəmSağlamlıq

L-Sistein: mənbəyi, istifadəsi və riskləri

L-Sistein təbii amin turşusudur. Bədənin bərpa və qorunma proseslərində iştirak edir. Dırnaq və saç keratinlə zəngin olduğuna görə L-sisteinin əsas təbii mənbələrindəndir.

Çində bərbərxanalarda kəsilmiş saç və dırnaqlar, fermalardan donuz tükləri və quş lələkləri toplanaraq zavodlara satılır. Zavodlarda bunlar turşu ilə parçalanır və L-sistein maddəsi ayrılır.

L-sistein çörək və un məmulatlarında əsasən pizza, kruasan, rulon, tort, pide, kraker və tostlarda xəmirin daha rahat yoğrulması və elastik açılması üçün istifadə edilir. Restoranlarda görürsünüz, aşbazlar xəmiri rezin kimi göydə fırladıb açırlar, amma evdə bu elastiklik alınmır, çünki sizin xəmirdə L-sistein istifadə edilməyib.

Bu maddə yüksək dozalarda qəbul edildikdə böyrəklərə yük salır, qan təzyiqinə təsir edir. Həmçinin hazırlananda sanitar normalara əməl olunmasa dırnaq və tüklərdəki göbələk, bakteriyalar, viruslar insan orqanizminə keçə bilər.

Avropa Birliyində və ABŞ-da insan, heyvan və quş mənşəli sisteinin istifadəsi qadağandır. Orada yalnız bitki və ya sintetik üsulla alınan sisteinə icazə verilir, bu da çox bahalıdır. Ucuz olduğu üçün bir çox kasıb ölkələr, o cümlədən bizim regionda əsasən Çin istehsalı sisteindən istifadə olunur. Axtarış etdim əl çatan maddədir.

 

Orxan Atabəy

Tacxeber.com

Oxşar xəbərlər

Müəllimlər direktordan şikayətçidir – “Bizə hinduşkabaş deyir”

redaktor

İsrail açıqladı: Haniyəni biz məhv etmişik

admin

18 il Paris hava limanında yaşayan iranlı elə orda da vəfat edib

redaktor