16 C
Bakı
28 Sentyabr 2025 09:42
DigərSağlamlıq

Biz qocalırıq, amma o  yaşlanmır

İnsanın yaşı artdıqca orqanizmdə bir çox dəyişikliklər baş verir, lakin alimlər müəyyən ediblər ki, elə bir orqan var ki, demək olar, qocalmır.

Qaraciyər yaşını saxlayır

Tacxeber.com bildirir ki, qaraciyərin yaşı insanın yaşından demək olar asılı deyil. Bu, qaraciyər hüceyrələrinin daim yenilənməsi ilə bağlıdır: orta hesabla hər bir hüceyrə üç ildən az müddətdə yenilənir.

Bu regenerasiya sayəsində qaraciyər toksinləri və digər zərərli maddələri effektiv şəkildə xaric etmək qabiliyyətini qoruyur və öz funksiyalarını itirmir.

Alimlər qeyd ediblər ki, hüceyrələrin çoxu hər bir neçə ildən bir yenilənsə də, bəziləri 10 ilə qədər yaşaya bilər . Bu, onların daşıdığı xromosom dəstlərinin sayından asılıdır.

Qaraciyər və orqanizmin sağlamlığını necə qorumaq olar

Düzgün qidalanma. Rasionda tərəvəz, meyvə və bitki mənşəli məhsullara üstünlük verin Bu qidalar yüngüllük və enerji verir.

Tam taxıllı məhsullar. Kəpəkli çörək, bərk sortlu makaron, dənli bitkilər və yarmalar maddələr mübadiləsinin sabitliyi üçün lazım olan mürəkkəb karbohidratlarla təmin edir.

Meyvə və tərəvəz. Onların müntəzəm qəbulu rasionu vitamin, mineral və liflə zənginləşdirir.

Fiziki aktivlik. Səhər idmanı, qaçış və digər məşqlər əzələləri möhkəmləndirir, metabolizmi sürətləndirir və bədəni formada saxlayır.

Şirniyyatın azaldılması. Xüsusilə şəkərli içkilərin və şirniyyatların qəbulunu məhdudlaşdırın.

Duzun nəzarətdə saxlanılması. Gündəlik duz miqdarı bir xörək qaşığından çox olmamalıdır.(Lent.az)

 

Tacxeber.com

Oxşar xəbərlər

Böyrək daşlarından qoruyan məhsullar müəyyən edilib

redaktor

Yatdığınız otaq qapqaranlıq olmalıdır – Gözünüzə işıq düşsə…

redaktor

Binəqədi İH başçısı yaşlı qadınlara küçəni yudurtdu – Foto

redaktor