22.5 C
Bakı
29 İyun 2026 07:00
DünyaSiyasət

Ukrayna Rusiyadakı neft nasos stansiyasını sıradan çıxarıb.

Sentyabrın 27-nə keçən gecə Ukrayna Təhlükəsizlik Xidmətinin pilotsuz təyyarələri Rusiyanın Çuvaş Respublikasında yerləşən Tinqovatovo neft nasos stansiyasına hücum edib. RBC-Ukrayna SBU daxilindəki mənbələrə istinadən xəbər verir ki, obyekt müvəqqəti olaraq sıradan çıxıb.

“Sentyabrın 27-nə keçən gecə SBU-nun “A” Xüsusi Əməliyyat Mərkəzinin uzaqmənzilli dronları Çuvaş Respublikasının Konar kəndində Ukraynadan min kilometrdən çox məsafədə yerləşən Tinqovatovo neft nasos stansiyasını hədəfə alıb”, – mənbə izah edib.

Onun sözlərinə görə, dəymiş ziyanın qiymətləndirilməsi başa çatana qədər stansiyanın fəaliyyəti dayandırılıb. Çuvaşiyanın rəhbəri də hücumu təsdiqləyib.

 

Tacxeber.com

Oxşar xəbərlər

ABŞ -İran anlaşmasında Vaşinqtonun hədəfi

redaktor

Daha bir piyada keçidi istifadəyə verildi

redaktor

Bu məktub Pekin-Vaşinqton münasibətlərini daha da gərginləşdirəcək

admin