CəmiyyətHadisə

Bakıda gecəyarısı məşhur şirkətdən qalmaqallı addım

Gecə saatları olmasına baxmayaraq “Avant Group” MTK Bakıda qazıntı işləri aparaq sakinlərin rahatlığını pozur.

Bununla bağlı görüntüləri teleaparıcı Nigar Sabirqızı feysbuk hesabında paylaşıb.

O, məsələ ilə bağlı aidiyyəti dövlət qurumlarına müraciət edib.

Qeyd edək ki, “Avant Group” bir müddət əvvəl Yasamal rayonu, Şərifzadə küçəsi, köhnə “Azon Zavod”un ərazisində ağacları kəsməsi ilə gündəmə gəlmişdi. Araşdırma nəticəsində şirkətin təbiətə 117060 manat məbləğində ziyan vurduğu müəyyən edilmişdi.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən daxil olmuş məlumatlar əsasında Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində aparılan araşdırma nəticəsində fakt təsdiqini tapmışdı.

 

Tacxeber.com

Oxşar xəbərlər

Kim rus əlifbasının əleyhinədirsə, o rus xalqının əleyhinədir

redaktor

Xərçəngdən Daha Amansız: Girişi Pullu, Çıxışı Boş Ümid Dünyası

redaktor

Manaf Ağayev – Əli Vəliyev Ad Günü Qalmaqalı: Azərbaycanın Gündəmi Doğrudanmı Budur?

redaktor