DünyaGündəmMuharibəSiyasət

Krımda Rusiyanın logistikasını məhv edirik – Zelenski

Ukraynanın uzaqmənzilli dronları müvəqqəti işğal olunmuş Krımda rus işğalçılarına dəqiq zərbələr endirir və logistikanı məhv edir.

Tacxeber.com xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski Nyu Yorkda keçirilən Krım platformasının sammitində deyib.

Zelenski qeyd edib ki, Ukraynanın zərbələrinin məqsədi Rusiyanın Krımı böyük hərbi bazaya çevirməsinin qarşısını almaqdır:

“Biz bunu xalqımızın həyatını qorumaq üçün etməliyik. Bizim uzaqmənzilli pilotsuz uçuş aparatlarımız dəqiq zərbələr endirir və Rusiya logistikasına təzyiqimiz öz nəticəsini verir. Rusiya hərbi maşını isə çox ciddi sınaqlarla üz-üzədir”.

Qeyd edək ki, sentyabrın 23-nə keçən gecə Ukrayna işğal olunmuş Krımdakı Kaça aerodromunda iki təyyarəni vurub.

 

Tacxeber.com

Oxşar xəbərlər

Tramp azərbaycanlı xanımı inaqurasiyasına DƏVƏT ETDİ – FOTO

redaktor

Ali Radanın deputatı: “Yekaterinburqdakı hadisələr Rusiyanın ksenofob imperiya olduğunun sübutudur”

redaktor

Satanovskidən şok: 1,5 milyard insanı öldürməliyik

admin