12 C
Bakı
27 Mart 2026 00:23
DünyaSiyasət

Rusiya ICAO-dan aviasiya sanksiyalarının yumşaldılmasını xahiş edir

Rusiya Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) qarşıdan gələn assambleyasında təyyarələr üçün ehtiyat hissələrinin tədarükünə qoyulan qadağanın ləğvini tələb edəcək və bu zaman uçuş təhlükəsizliyinə istinad edəcək. Bu barədə Reuters məlumat yayıb.

Rusiya hakimiyyəti, Ukraynaya qarşı başladığı genişmiqyaslı müharibəyə görə tətbiq edilmiş aviasiya sektoruna dair sanksiyaların yumşaldılması ilə bağlı danışıqlar aparmağa çalışır. Xüsusilə, uçuşların təhlükəsizliyi üçün həyati vacib olan ehtiyat hissələrinin tədarükü məsələsinə diqqət yetirilir. Bu barədə Reuters sentyabrın 22-si, bazar ertəsi günü Rusiya aviasiya sənayesindəki mənbəyə istinadən məlumat verib.

Rusiya bu məsələ ilə bağlı Beynəlxalq Mülki Aviasiya Təşkilatına (ICAO) müraciət edib. Bu qurumun hər üç ildən bir keçirilən assambleyası 23 sentyabrda Monrealda başlayacaq. Reuters agentliyinin əldə etdiyi sənədlərdə Rusiyaya qarşı tətbiq edilən sanksiyalar “qanunsuz məcburi tədbirlər” adlandırılır.

Qərb istehsalı olan yüzlərlə təyyarə istifadədən çıxarıla bilər

Müraciətdə Rusiya ICAO-dan tələb edir ki, təşkilat “beynəlxalq mülki aviasiya sahəsində dövlətlər tərəfindən siyasi motivli, diskriminasiyaedici və məcburi tədbirlərin tətbiqinin qarşısını almaq üçün bütün mümkün addımları atsın.”

Rusiya hakimiyyəti bildirir ki, sanksiyalar səbəbilə aviaşirkətlər əsasən Boeing və Airbus istehsalı olan 700-dən çox təyyarə üçün ehtiyat hissələrini mürəkkəb dolayı yollarla almağa məcbur olurlar. Halbuki bu hissələr mülki uçuşların təhlükəsizliyi üçün həyati əhəmiyyət daşıyır, deyə bəyanatda vurğulanır. (Azadlıq Qəzeti)

 

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Trampın çəkmələrini öpən avropalılar… – Medvedyev

redaktor

İran öz ordusuna Azərbaycana qarşı “hazır ol” əmri verib?

redaktor

Gürcü jurnalist polisə şillə vurdu və 2 il həbs cəzası aldı

redaktor