17 C
Bakı
02 Oktyabr 2026 20:48
DünyaSiyasət

Kim Çen ölkəsində bu 3 sözü işlətməyi qadağan etdi

Şimali Koreya lideri Kim Çen In ölkəsində 3 söz haqqında danışmağı qadağan edib.

Tacxeber.comxarici KİV-ə istinadla xəbər verir ki, yeni “Wonsan” çimərlik kurortunda istirahət edənləri qarşılayan tur bələdçilərinə xarici qonaqlarla danışarkən Qərbdə və Cənubi Koreyada məşhur olan bəzi sözlərdən istifadə etməmək tövsiyə olunub.

“Daily NK” xəbər agentliyinin yazdığına görə, bu 3 söz “hamburger”, “dondurma” və “karaoke”dir.

Dövlət tərəfindən həyata keçirilən ciddi təlim proqramına daxil olan tur bələdçilərinə hamburger üçün “dajin-qogi gyeopppang” (mal əti ilə ikiqat çörək) və dondurma üçün “eseukimo” (eskimo) demələri tapşırılır.

Bundan əlavə, karaoke aparatlarına “ekranda müşayiət maşınları” deyilməsi barədə göstəriş verilib.

Bildirilir ki, nəqsəd turizm mütəxəssislərinə Cənubi Koreya ifadələrindən və xarici sözlərdən qaçaraq Şimali Koreya lüğətindən şüurlu şəkildə istifadə etməyi öyrətməkdir.

 

Tacxeber.com

Oxşar xəbərlər

“Təkbaşına” deyəndə nəyi nəzərdə tuturuq? Türkiyənin yerini tarixdən silmək olmaz

redaktor

Möhsün Rezayinin jesti: Azərbaycan İrana baş əyməyəcək

redaktor

Azərbaycanın İsrail siyasəti dəyişmir: Hikmət Hacıyevdən aydın mesaj

redaktor