Hələ bir ədəd belə əsaslandırılmış fikrə rast gəlmədik ki, niyə belə qərar verilib? Sərnişinə yüksək xidmət dedikdə nəyi nəzərdə tuturlar?
Mən sərnişin olaraq nə ilə gedəcəyimizi özüm seçməli deyiləm ki? Və ya bu taksi sürücüləri kursa gedəndən, vergi ödəyicisi olandan sonra onların sərnişin daşımaq hüququ niyə məhdudlaşdırılır?
Süni taksi qıtlığı yaradıb “Hava Limanı”-da olan taksiləri seçmək məcburiyyətində saxlamaqla biznes olmur, cənablar. Sadəcə Hava limanı taksiləri və digər taksilər üçün ayrıca yer ayrırsınız. Hər yerdə belədir. İstəyərəm London taxi ilə gedərəm, istəyərəm Əhmədin maşını ilə. Özünüz yazdığınız qaydanı, özünüz pozursunuz.
Məncə səmimi olmaq lazımdır. Demək lazımdır ki: “Yoldaşlar, biz London Taxi gətirmişik. Amma bu biznesi idarə edə bilmirik. Menecmentimiz zəifdir. Hədəf kütləmizi, müştərimizi tanımırıq. CRM yox, marketing yox, komunikasiya sıfır. Alınmır da bizdə. Biz də bu işi bilən meneceri işə götürmək istəmirik ki, investor qarşısında bu işi bilməyən kimi görünəcəyik. Ona görə inzibati güclərdən istifadə edərək süni ehtiyac yaradırıq. Daha sərfəli qiymətə gedənləri sıradan çıxardıb özümüzə müştəri tapırıq. Bunu da “müştərilərə qayğı” adı ilə bəzəyirik. Nə olar ki, bizim taksilərdən istifadə edəndə? 1000 manat verib Tiflisə uça bilirsiz, bizim taksiyə 20 manat vermək istəmirsiz? Bəs biz dolanmayaq?”
Vergi ödəyicisi olub, bütün icazə sənədlərinə malik taksi sürücülərinin yaşadığı problemlər:
– Sərnişin mindirib düşürmək icazəsinin olmaması (taksi duracaqları azdır, əlverişsizdir və hələ də rəqəmsallaşmayıb. Sifarişi edən sərniş dayanmağın qadağan olunduğu ərazilərdən sifariş verə bilir)
– Taksi duracağında dayanmış sürücünün üzərində “taksi” yazısı olmamasına görə cərimələnməsi
– Sənədi olmayan, “mən burda doğulandan taksi kimi işləyirəm” deyənlər tərəfindən sıxışdırılması
– Hava limanından sərnişin götürə bilməməsi