CəmiyyətDünyaGündəmSağlamlıqŞou

Sizə sığortadan istifadə etməyi tövsiyə edirəm

4 ildir ki, evimi icbari qaydada (Ata Sığorta) sığortalatdırmışam.
Qonşular dəfələrlə su axıdıb və sığorta şirkəti məsələni həll edib.
Bu gün isə ilk dəfə icbari tibbi sığortamdan istifadə etdim. (Vergi ödəyicisi olduğuma görə Sosial Müdafiə Fonduna və sığortaya ödəniş edirəm.)

Doktorum həftənin 3 günü Yeni Klinikada çalışır. Onlayn növbə götürüb getdim və problemsiz şəkildə həkimimdə müayinə olundum. Sizə də sığortadan istifadə etməyi tövsiyə edirəm.

Ümumiyyətlə, dünyanın hər yerində insanlar sığortadan yararlanır. Bizdə isə çoxları sanki özünə yaraşdırmır. Səbəbini doğrusu, anlamıram.

 

Nura Suri

Tacxeber.com

Oxşar xəbərlər

Danimarka şahzadəsi İzabella avqustun 3-dən etibarən orduda xidmətə başlayıb

redaktor

Sənətkarı ələ öyrətmək sənətin ruhunu və azadlığını əlindən alır

redaktor

Çinin kürd siyasətinə səssiz girişi: Pekin ABŞ-ın regional alətini balanslaşdırır

redaktor