22.5 C
Bakı
28 İyun 2026 14:49
DünyaMuharibə

Ukrayna PUA-ları az qala Putini vuracaqmış

Ukraynanın pilotsuz təyyarələri (PUA) ötən gecə Soçiyə hücum etdikdən sonra maraqlı məlumat üzə çıxıb. Krasnodar vilayətinin qubernatoru Veniamin Kondratyev bildirib ki, PUA hücumu nəticəsində bir  avtomobilin sürücüsü həlak olub, bir neçə evə ziyan dəyib.

Tacxeber.comxəbər verir ki, Rusiya mətbuatının məlumatına görə, gecə ərzində üç dəfə həyəcan siqnalı verilib, Soçi hava limanı isə yarım saatdan çox bağlı qalıb.

Şayiələrə görə, Rusiya prezidenti Vladimir Putin həmin vaxt şəhərdə ola bilərdi. Bir gün əvvəl o, Soçidə BRICS-in növbədənkənar iclasında iştirak edib və prezidentin İl-96 təyyarəsi hələ də hava limanındadır.

Vladimir Putinin Boçarov Ruçey iqamətgahı Soçidə yerləşir və o, dron hücumları səbəbindən getdikcə oranı daha az ziyarət edir.

 

Tacxeber.com

Oxşar xəbərlər

“Buna cəsarət edən istənilən ölkəni yer üzündən silərik” – Putin təhdid etdi

admin

İranın hakimiyyətinin “Zəngəzur dəhlizi” ilə bağlı əvvəlki mövqeyi dəyişməyib – Elxan Şahinoğlu

admin

Yenə də görürük ki, Ermənistan sülh istəmir… – Əliyev

redaktor