26 C
Bakı
08 Sentyabr 2025 11:31
Cəmiyyətİqtisadiyyat

Dollar alarkən şəxsiyyət vəsiqəsi tələb edilməlidir?

Xarici valyuta mübadiləsi zamanı hansı hallarda şəxsiyyət vəsiqəsi tələb edilməlidir?

Tacxeber.com bildirir ki, “Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər tərəfindən valyuta mübadiləsi əməliyyatlarının aparılması və valyuta mübadiləsi fəaliyyətinə nəzarət Qaydası”nın 3.4-cü, “Yerli bankların şöbələrinin fəaliyyəti ilə bağlı şərtlər və tələblər, habelə banklar, onların filial və şöbələri tərəfindən nağd qaydada valyuta mübadiləsi əməliyyatlarının aparılması Qaydası”nın 3.2-ci bəndinə əsasən valyuta mübadiləsi məntəqəsində və ya bankda nağd xarici valyutanın bir müştəriyə 500 (beş yüz) ABŞ dollarına ekvivalent məbləğdən artıq satılması, habelə bir müştəridən 10 000 (on min) ABŞ dollarına ekvivalent məbləğdən artıq alınması şəxsiyyəti təsdiq edən sənəd əsasında aparılır.

Bununla yanaşı, valyuta məntəqəsində aparılan valyuta mübadiləsinin həcmindən asılı olmayaraq təşkilatdaxili qaydalara əsasən valyuta məntəqəsi tərəfindən şəxsiyyət vəsiqəsi tələb edilə bilər.

 

Tacxeber.com

Oxşar xəbərlər

“Növbəti qar mövsümünədək vəzifədə qalsanız, nəzərə alın” – FOTO

admin

“Qarabağ”a son sözüqü söylədi – Bir daha qayıtmayacam

admin

Hacı Mazan oğlu haqqında ŞOK İDDİA! – Hər gün Viləş çayından 100 maşın iri daş çıxararaq, özünə məxsus zavoda aparır

admin