DünyaMuharibə

Putinin bu davranışı Trampın növbəti sülh təşəbbüsünə açıq-aşkar tüpürməkdir.

Rusiyanın ötən gecə Kiyevə şiddətli raket-dron hücumları nəticəsində:

– “Bayraktar” dron zavodu 2 raketlə vurulub;

– Azərbaycan səfirliyinin binasının 100 metrliyinə raket atılıb, səfirliyin pəncərələri sınıb, damında çatlar yaranıb;

– Britaniya Şurasının binasına zərər dəyib;

– Avropa Birliyi nümayəndəliyinin ofisinə zərər dəyib.

Kiyevdə 4-ü uşaq, 18 dinc sakin həlak olub. Xarkovda ölənlər arasında bir azərbaycanlı da var.

Bir həftə əvvəl isə Rusiya Ukraynanın Mukaçovo şəhərində yerləşən ABŞ şirkətinə məxsus müəssisəyə raket zərbəsi endirmişdi.

Putinin bu davranışı Trampın növbəti sülh təşəbbüsünə açıq-aşkar tüpürməkdir.

ABŞ başda olmaqla, müasir dünya nəhayət anlamalıdır ki, Rusiyanın başındakı obsessiv sindroma düçar olmuş psixopatı dialoq yoluyla, qabağından geri çəkilməklə dayandırmaq mümkün deyil. Əksinə, bu cür hərəkət etmək, yəni zəiflik nümayişi onun aqressiv-heyvani instinktlərini daha da tətikləyir.

Hətta Ukrayna ilə bağlı bütün tələbləri yerinə yetirlisə belə, rus imperializmi (məsələni sırf Putinin personası ilə məhdudlaşdırmaq doğru olmaz) dayanmayacaq, sadəcə, öz itkilərini, çatışmazlıqlarını kompensasiya edərək növbəti ekspansiyalar üçün ciddi hazırlığa başlayacaq. Bunun dərk edilməsi üçün daha nələr baş verməlidir, bilmirəm.

 

Şahin Cəfərli

Tacxeber.com

Oxşar xəbərlər

Gürcüstanda 100 sakini olan kənddə İranın 800 şirkəti qeydiyyatdan keçib

admin

Çox sevindiricidir, çox! – Elşad Miri

admin

Bu ölkələr Türkiyənin NATO-ya üzvlük tələblərini yerinə yetirib – BMT baş katibi

redaktor