DigərSağlamlıq

Stomatoloq: “Breketləri ev şəraitində çıxarmaq təhlükəlidir”

Stomatoloq: “Breketləri ev şəraitində çıxarmaq təhlükəlidir”

Tacxeber.com xəbər verir ki, stomatoloq-ortodont, tibb üzrə fəlsəfə doktoru Mariya Balakireva evdə breketləri çıxarmağa cəhd etməyin ciddi fəsadlara yol aça biləcəyini bildirib.

Onun sözlərinə görə, bu, diş ətlərinin və selikli qişanın zədələnməsinə, həmçinin dişlərin qısa müddətdə əvvəlki vəziyyətinə qayıtmasına səbəb ola bilər. Belə halda illərlə aparılan müalicə mənasız ola bilər.

“Breketlərin çıxarılması ilə müalicə bitmir. Çıxarıldıqdan sonra mütləq retainer taxılmalıdır. Bu, dişlərin daxili tərəfindən yerləşdirilən xüsusi metal tel olub dişlərin düzülüşünü sabit saxlayır”, – deyə həkim vurğulayıb.

Balakireva əlavə edib ki, breketdən sonra retension qapaq (şəffaf çıxarıla bilən qoruyucu) da mütləq istifadə edilməlidir. Bu, dişlərin düzgün formalaşmasını möhkəmləndirir.

Mütəxəssis həmçinin qeyd edib ki, hətta breketləri mütəxəssis çıxardıqdan sonra belə, dişlərin üzərində qalıq material qalır. Onlar cilalanmasa, səthdə qida qalıqları yığılaraq kariyes riskini artırır.

Həkim insanlara xəbərdarlıq edərək breketlərin yalnız peşəkar stomatoloq tərəfindən çıxarılmasının vacibliyini vurğulayıb.

 

Tacxeber.com

Oxşar xəbərlər

Hər gün düyü suyu içməyin inanılmaz faydaları

redaktor

Qabığını zibilə atmayın – Dəmləyib için görün nələrə çarədir. Ən əsası xərçənglə mübarizə aparır.

redaktor

Günəş altında gəzmək bu xəstəliklərdən QORUYUR

redaktor