DünyaSiyasət

Norveç Ukraynaya təxminən 700 milyon dollar dəyərində hava hücumundan müdafiə sistemləri verəcək.

Norveç hökuməti bu gün bildirib ki, Ukraynaya təxminən 7 milyard Norveç kronu (696 milyon dollar) dəyərində hava hücumundan müdafiə sistemləri tədarük edəcək, Reuters xəbər verir.

“Almaniya ilə birlikdə biz Ukraynanın effektiv hava hücumundan müdafiə sistemləri almasını təmin edəcəyik”, – Norveçin baş naziri Jonas Gahr Store açıqlamasında bildirib.

“Almaniya və Norveç Ukraynanın özünü müdafiə səylərində və mülki əhalini Rusiyanın hava hücumlarından qorumaq cəhdlərində dəstəkləmək üçün sıx əməkdaşlıq edir”, o əlavə edib.

Norveç və Almaniya Kiyevə iki Patriot sisteminin, o cümlədən onlar üçün raketlərin çatdırılmasını maliyyələşdirir. Norveç Almaniyanın “Hensoldt” şirkətinin istehsalı olan hava hücumundan müdafiə radarının, həmçinin “Köngsberg” şirkətinin hava hücumundan müdafiə sistemlərinin çatdırılmasında da iştirak edir.

 

Tacxeber.com

Oxşar xəbərlər

Türkiyədə kişi əməliyyatdan sonra ana dilini unudub

redaktor

Əsəd Suriyadan çıxmazdan əvvəl bu 3 prezidentdən kömək istəyibmiş – Yardım etməyiblər

redaktor

Norveç kəşfiyyatı: Rusiya gəmiləri 30 ildə ilk dəfə dənizə nüvə silahı ilə çıxıb

admin