24 C
Bakı
24 Avqust 2025 09:31
DünyaTarix

“Baltik zənciri” yürüşü – Dünyanın ən uzun və ən böyük yürüşü.

SSRİ kimi böyük İmperiyanı çökdürüən xalq iradəsinin, gücünün simvolu.

4 milyon əlin gördüyü böyük iş.

1989-cu il 23 avqust

Baltikyani xalqların Rusiyadan xilasının təməlini qoyan Baltik yolu “dəmir zənciri.”

36 il öncə Rusiya tərəfindən 1940-cı ildən işğalda olan Baltikyani ölkələrin – Litva, Latviya və Estoniya sakinləri Tallin, Riqa və Vilnüsü birləşdirən 600 km uzunluğunda canlı zəncir yaratdılar.

Aksiyada 2 milyona yaxın insan, yəni 3 baltikyanı ölkənin o dövrdəki ümumi əhalisinin 25%-i iştirak etdi. Bu aksiya Molotov-Ribbentrop paktının imzalanmasının 50 illiyi münasibətilə təşkil olunmuşdu və dünya ictimaiyyətinin diqqətini Baltikyanı ölkələrin statusunu dəyişən tarixi hadisələrə yönəltmək məqsədi daşıyırdı. Həmin pakta və ona əlavə olunan məxfi protokola görə, SSRİ və Üçüncü Reyx Avropadakı nüfuz dairələrini müəyyən etmişdilər: Latviya, Litva, Estoniya SSRİ-nin uşğal zonasına daxil edilmişdi.

“Baltik yolu” səssiz aksiyası baltikyanı xalqların əl-ələ tutaraq SSRİ-dən ayrılmaq istəyini, onların bu yoldakı həmrəyliyini bütün dünyaya nümayiş etdirdi və müstəqillik uğrunda mübarizə aparan baltikyanı ölkələrdə özünəinamın parlaq nümunəsini ortaya qoydu. Aksiyanın təşkilatçıları Estoniya Xalq Cəbhəsi, Latviya Xalq Cəbhəsi və Litvada “Sayudis” təşkilatı idi.

Yenə də Xalq Cəbhəsi.

SSRİ rəhbərliyi bu aksiyaya yalnız çoxsaylı bəyanatlarla münasibət bildirməklə kifayətləndi və respublikalar arasındakı əlaqələrin möhkəmləndirilməsi üçün real addımlar ata bilmədi. Nəticədə aksiyadan 6 ay sonra sovet respublikaları arasında ilk olaraq Litva, ardıyca Estoniya və Latviya SSRİ-nin tərkibindən çıxdıqlarını bəyan etdilər.

Bu gün bu üç respublika həm NATO-nun, həm də Avropa İttifaqının tamhüquqlu üzvü olaraq, yüksək inkişaf yoluna qədəm qoyaraq, sürətli inkişaf yolundadırlar. Baltikyani ölkələr insan haqları, demokratiya, elmi-texniki və müasir innovasiyalar sahəsində dünyanın qabacıl ölkələri ilə eyni sırada mətin addımlarla irəliləməkdədir.

Bunu necə bacardılar?

Rusiyadan uzaqlaşmaqla, sivil dünyaya inteqrasiya etmək yolu ilə, hakimiyyəti xalqın iradəsi ilə formalaşdırmaq, mütərəqqi qanunları ali qanun səviyyəsinə qaldırıb, ona əməl etmək yolu ilə.

Məhz ona görədir ki, bu gün həmin ölkələrdə insanların rifah səviyyəsi, iqtisadi, siyasi, sosial və digər sahələr üzrə inkişafı çox yüksək mərtəbəyə qədəm qoyub.

Avtoritarizmdən, tək adam hakimiyyətindən, Rusiyanın boyunduruğundan heç bir xalq, heç rus xalqı da bir xeyir tapmayıb.

El gücü, sel gücü idi, 36 il öncə bu gün Baltik dənizin sahillərində. Xalqdan böyük güc yoxdurun nümunəsi idi bu böyük aksiya. Xalqın gücü həm də o zaman böyük güc ola bilir ki, onların əhəmiyyətli hissəsi əlini bir-birinə uzasdıb, vahid məsələ ətrafında bir ola bilir. Sadəcə, bu gücü bir yerə toplayıb, vahid, ümummilli maraqlar naminə hərəkətə gətirmək bəs edir ki, bir xalq, bir ölkə azad ola bilsin.

Bu zaman dünyanın ən qüdrətli imperiyaları da bu gücün qarşısında tab gətirə bilmirlər. Necə ki, tab gətirə bilmədi.

 

Qulu Məmmıdli

Tacxeber.com

Oxşar xəbərlər

“Qara cümə axşamı”

admin

Tramp-Putin danışığına bu ölkənin reaksiyası çox danışıldı

redaktor

İsrail hərbçiləri döyüşdən imtina etdi – Sensasion şərt

admin