DünyaSiyasət

Erməni şaftalıları Rusiyaya buraxılmır

“Ermənistan” fraksiyasının üzvü Qarnik Danielyan ölkədən kənd təsərrüfatı məhsullarının Yuxarı Lars keçid məntəqəsi vasitəsilə ixracında ciddi problemlərdən danışıb.

Onun sözlərinə görə, gavalı, şaftalı və üzüm daşıyan yüzlərlə erməni yük maşını sərhəd keçidindən geri dönməyə məcburdur.

Deputatın daşıyıcılara istinadən dediyi kimi, buna səbəb guya fitosanitar tələblər olub.

Danielyan qeyd edib ki, vəziyyət fermerlərə və kənd təsərrüfatı istehsalçılarına xeyli ziyan vurur. Onun sözlərinə görə, ilk dəfədir ki, hətta tikinti materialları daşıyan avtomobillər belə çətinliklə üzləşib. Bir çox yük maşını hələ də qeyri-müəyyənlik şəraitində həllini gözləyir.

 

Tacxeber.com

Oxşar xəbərlər

“Kılıçdaroğlunun həyatı yalandır” – Türkiyə Prezidenti

redaktor

Tiflisdə aksiya: Parlamentin 48 otağı dağıdıldı

redaktor

Qərb Atəşkəs haqqında nə deyir?

redaktor